Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRBİ HÜQUQ
    HƏRBİ HÜQUQ – hüquq sahәsi; dövlәtin hәrbi fәaliyyәti ilә bağlı yaranan ictimai münasibәtlәri tәnzimlәyәn hüquqi normalar mәcmusundan ibarәtdir. Hәrbi hüquq münasibәtlәri bir neçә qrupa bölünür: hәrbi quruculuq; dövlәtin hәrbi tәşkilatlanmasının idәrә olunması vә onun hәrtәrәfli tәminatı; hәrbi mükәllәfiyyәtin yerinә yetirilmәsi, müqavilә әsasında hәrbi qulluğa daxil olma, hәrbi xidmәt keçmә, hәmçinin hәrbi qulluqçuların statusu sahәlәrindә münasibәtlәr; hәrbi intizama, qanunçuluğa vә hüquqi qaydalara әmәl olunması, hәrbi әdliyyә orqanlarının fәaliyyәti ilә bağlı münasibәtlәr; hәrbi әmәkdaşlıq, hәmçinin beynәlxalq humanitar hüquq normalarının pozulmasına görә mәsuliyyәtlә bağlı beynәlxalq hüquqla tәnzimlәnәn münasibәtlәr. İnkişaf etmiş ölkәlәrdә H.h. 19 әsrin 2-ci yarısından formalaşmağa başlamışdır. H.h. nәzәriyyәsinin işlәnib hazırlanması sahәsindә ilk dәfә “Dövlәt haqqında elmin bir hissәsi olan hәrbi mәişәt haqqında tәlim” әsәrinin (1875) müәllifi, alman prof.-u L. fon Şteyn sәy göstәrmişdir. Qüvvәdә olan H.h. müxtәlif cür formalaşır. Bәzi ölkәlәrdә H.h. müstәqil hüquq sahәsidir, әhәmiyyәtli sayda mәcәllәlәşdirilmiş aktlardan ibarәtdir (mәs., ABŞ-da). H.h. normaları ABŞ-ın Qanunlar toplusunun müstәqil bölmәlәrindә, Vahid hәrbi әdliyyә mәcәllәsindә (1951), “Hәrbi qulluqçuların pul tәminatı” (1948), “Zabitlәr haqqında” (1947), “Hәrbi qulluqçuların pensiya tәminatının islahatı haqqında” (1986) vә s. qanunlarda әksini tapmışdır. Bәzi ölkәlәrdә H.h. milli hüquq sistemindә xüsusi hissә kimi ayrılmır, onun ayrı-ayrı normaları hәrbi dövr vә fövqәladә vәziyyәt haqqında qanunların әsas müddәalarına daxil edilir (mәs., B. Britaniya da). Əksәr ölkәlәr mәsәlәyә kompleks yanaşaraq, H.h.-u müstәqil sahә kimi ayırmır, hәrbi mәsәlәlәri konstitusiyaya daxil edir vә bu sahәni tәnzimlәyәn mәcәllәlәşdirilmiş qanunlar qәbul edir. Mәs., Almaniyada H.h. normaları Konstitusiyada (vәtәndaşların müdafiә sahәsindә konstitusiyon vәzifәlәri), “Hәrbi mükәllәfiyyәt haqqında” (1956), “Hәrbi qulluqçuların hüquqi vәziyyәti haqqında” (1975) vә s. qanunlarda әksini tapmışdır. Fransada H.h. “Hәrbi әdliyyә haqqında” mәcәllәdәn (1982), “Hәrbi qulluqçuların ümumi statusu haqqında” (1972), “Hәrbi cinayәtlәr vә dövlәt tәhlükәsizliyinә tәhdid yaradan cinayәtkar әmәllәr haqqında işlәrin tәhqiqatı vә mәhkәmә baxışı haqqında” (1982) vә s. qanunlardan ibarәtdir. Azәrb. Resp.-nda H.h. normaları “Hәrbi qulluqçuların statusu haqqında” (1991), “Hәrbi qulluqçulara pensiya tәminatı haqqında” (1992), “Hәrbi vәziyyәt haqqında” (1994), “Hәrbi qulluqçuların maddi mәsuliyyәti haqqında” (1995), “Hәrbi vәzifә vә hәrbi xidmәt haqqında” (2012) vә digәr qanunvericilik aktlarında öz әksini tapmışdır.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU