HƏRBİ XİDMƏT – vәtәndaşların silahlı qüvvәlәr vә hәrbi qanunvericiliyә uyğun yaradılmış başqa silahlı birlәşmәlәr tәrkibindә hәyata keçirdiklәri dövlәt xidmәtinin xüsusi növü. H.x. aşağıdakı әlamәtlәrlә sәciyyәlәnir: o, dövlәtin tәsis etdiyi spesifik hәrbi qurumda (qoşun, silahlı qüvvәlәr, ordu) hәyata keçirilir; H.x.-ә daxilolmanın (çağırılmanın), xidmәtdә olmanın vә xidmәtdәn tәrxis edilmәnin qayda vә şәrtlәrini dövlәt müәyyәnlәşdirir; H.x.-in funksional vәzifәsi silahlı mübarizәnin hәrbi vasitәlәrini tәtbiq etmәyi nәzәrdә tutan metodlarla hәrbi әmәliyyatlara (müharibә, yaxud digәr silahlı qarşıdurma) hazırlıq vә onlarda iştirakdır; dövlәt hәrbi qurumun daxili quruluşunu, onun idarәolunma qaydasını müәyyәnlәşdirir, rәhbәrlәrini tәyin edir vә H.x-dә olan şәxslәrin ölkәnin digәr әhalisindәn fәrqlәrini müәyyәnlәşdirir. Azәrb. Resp.-nda H.x. keçmә “Hәrbi vәzifә vә hәrbi xidmәt haqqında” Azәrb. Resp.-nın qanunu ilә tәnzimlәnir. Qanuna әsasәn H.x. hәqiqi H.x.-dәn vә ehtiyatda xidmәtdәn ibarәtdir. Azәrb. Resp.-nın 18 yaşına çatmış vә sağlamlıq vәziyyәtinә görә H.x.-ә yararlı hәr bir kişi cinsli vәtәndaşı Azәrb. Resp.-nın Silahlı Qüvvәlәrindә vә ya Azәrb. Resp.-nın qanunvericiliyinә uyğun olaraq yaradılmış başqa silahlı birlәşmәlәrdә qanunla müәyyәn edilmiş qaydada müddәtli hәqiqi H.x. keçmәlidir. Azәrb. Resp. Konstitusiyasının 76-cı maddәsinin II hissәsinә uyğun olaraq, vәtәndaşların әqidәsi hәqiqi H.x. keçmәyә ziddirsә, qanunla müәyyәn edilmiş hallarda hәqiqi H.x.-in alternativ xidmәtlә әvәz olunmasına yol verilir. Siyahısı müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilәn hәrbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadәk Azәrb. Resp.-nın qadın vәtәndaşları özlәrinin razılığı ilә hәrbi qeydiyyata götürülür vә bağlaşma әsasında Azәrb. Resp.-nın Silahlı Qüvvәlәrindә vә ya Azәrb. Resp.-nın qanunvericiliyinә uyğun olaraq yaradılmış başqa silahlı birlәşmәlәrdә H.x.-ә qәbul edilirlәr. Azәrb. Resp. Silahlı Qüvvәlәrinin vә Azәrb. Resp.-nın qanunvericiliyinә uyğun olaraq yaradılmış başqa silahlı birlәşmәlәrin şәxsi heyәtlә komplektlәşdirilmәsi üsullarına görә H.x. çağırış üzrә vә könüllü xidmәtlәrә bölünür. H.x.-ә çağırışın müәyyәn edilmiş tәlәblәrinә cavab verәn Azәrb. Resp.-nın vәtәndaşları aşağıdakı hәqiqi H.x.-ә çağırılırlar: 1) müddәtli hәqiqi H.x.-ә Azәrb. Resp.-nın 18 yaşına çatmış, sağlamlıq vәziyyәtinә görә H.x.-ә yararlı olan, çağırışa möhlәt hüququ olmayan vә ya çağırışdan azad edilmәmiş kişi cinsli vәtәndaşları; 2) zabitlәrin hәqiqi H.x.-inә müddәtli hәqiqi H.x. keçmәmiş, yaşı 35-dәn çox olmayan, sağlamlıq vәziyyәtinә görә H.x.-ә yararlı olan, çağırışa möhlәt hüququ olmayan vә ya çağırışdan azad edilmәmiş ehtiyatda olan zabitlәr. Vәtәndaşlar müddәtli hәqiqi H.x.-ә müvafiq icra hakimiyyәti orqanının aktı әsasında ildә dörd dәfә – yanvar, aprel, iyul vә oktyabr aylarının 1-dәn 30-dәk çağırılırlar. Vәtәndaşların müddәt li H.x.-ә çağırılması haqqında müvafiq icra hakimiyyәti orqanının aktı qüvvәyә mindikdәn sonra müddәtli hәqiqi H.x. keçmәmiş, müddәtli hәqiqi H.x.-ә çağırışa möhlәt hüququ olmayan vә ya müddәtli hәqiqi H.x.-ә çağırışdan azad edilmәyәn çağırışçılar yaşayış yeri vә ya olduğu yer üzrә hәrbi qeydiyyatda olduğu, hәrbi qeydiyyatda olmayan çağırışçılar isә yaşayış yeri üzrә müvafiq icra hakimiyyәti orqanına gәlmәlidirlәr. Azәrb. Resp.-nın xaricdә yaşayan vәtәndaşları müddәtli hәqiqi H.x.-ә “Hәrbi vәzifә vә hәrbi xidmәt haqqında” Azәrb. Resp.-nın qanunu ilә vә Azәrb. Resp.-nın Konsul Nizamnamәsi ilә müәyyәn edilmiş qaydada çağırılırlar. Xarici dövlәtin vәtәndaşlığını qәbul etmiş, lakin Azәrb. Resp.-nın vәtәndaşlığına xitam verilmәmiş çağırışçılar ümumi әsaslarla müddәtli hәqiqi H.x.-ә çağırılırlar. Dinc dövrdә fәlsәfә doktoru vә elmlәr doktoru elmi dәrәcәsi olan vәtәndaşlar; sağlamlıq vәziyyәtinә görә dinc dövrdә hәqiqi H.x.-ә yararsız, müharibә dövründә mәhdud yararlı, yaxud hәrbi uçotdan çıxarılmaqla H.x.-ә yararsız sayılmış çağırışçılar; 35 yaşı tamam olanadәk müxtәlif sәbәblәrdәn müddәtli hәqiqi H.x. keçmәmiş çağırışçılar; alternativ xidmәt keçmәyә göndәrilmiş çağırışçılar; Azәrb. Resp.-nın vәtәndaşlığına qәbul edilmiş vә әvvәllәr vәtәndaşı olduğu ölkәnin qanunvericiliyinә әsasәn müddәtli hәqiqi H.x. keçmiş vә ya müddәtli hәqiqi H.x.-ә çağırışdan azad edilmiş şәxslәr müddәtli hәqiqi H.x.-ә çağırışdan azad edilirlәr. Hәqiqi H.x.-dәn buraxılmış hәrbi qulluqçular, habelә hәqiqi H.x.-ә çağırışdan azad edilmiş vәtәndaşlar (xәstәliyә görә hәrbi uçotdan çıxarılmaqla hәrbi xidmәtә yararsız hesab edilәnlәr istisna olmaqla) ehtiyata keçirilirlәr. Ehtiyatda xidmәtin başlanğıcı hәrbi qulluqçunun adının hәrbi hissәnin şәxsi heyәtinin siyahısından çıxarılması anından hesablanır.










