Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRBİ KƏŞFİYYAT
    HƏRBİ KƏŞFİYYAT – düşmәn fәaliyyәtinin gözlәnilmәzliyini istisna etmәk vә öz qoşunlarının (qüvvәlәrinin) daha effektiv istifadәsinә nail olmaq mәqsәdilә düşmәn, әrazi, iqlim vә digәr şәrait haqqında mәlumatların әldә edilmәsi üçün komandanlığın (qәrargahların) hәyata keçirdiyi tәdbirlәr vә qoşun (donanma) hәrәkәtlәrinin mәcmusu; hәrbi (döyüş) fәaliyyәtinin tәminat növü. Hәll edilmәli vәzifәlәrin miqyasından vә mәqsәdindәn asılı olaraq, H.k. strateji, operativ vә taktiki (ABŞ vә bir sıra digәr dövlәtdә hәrb sәnәtinin strategiya vә taktikaya bölünmәsi ilә әlaqәdar yalnız strateji vә taktiki H.k.); fәaliyyәt sahәsinә görә yerüstü, dәniz, hava vә kosmik; qarşıya qoyulan vәzifәlәrin xarakterinә vә kәşfiyyat mәlumatlarının әldә edilmә üsuluna görә casus, texniki, arxa cәbhә vә xüsusi; istifadә olunan texniki vasitәlәrә görә radioelektron (o cümlәdәn radiokәşfiyyat), optik-elektron, optik (vizual, fotokәşfiyyat), sәsli (hidroakustik, seysmoakustik) vә s. növlәrә bölünür. S t r a t e j i H.k. müharibә zamanı vә dinc dövrdә fasilәsiz aparılır. Silahlı qüvvәlәrdә (SQ) ölkәnin müdafiәsinin tәmin edilmәsi, tәcavüzün dәfi zamanı strateji planlama vә SQ-nin tәtbiqi mәqsәdilә, strateji әmәliyyatlarda vә bütövlükdә müharibәdә Baş qәrәrgah (BQ) tәrәfindәn planlaşdırılır, tәşkil vә tәmin olunur, hәyata keçirilir. Strateji H.k.-ın әsas vәzifәlәri real, yaxud ehtimali düşmәnin planlarının vә praktiki tәdbirlәrinin ifşası, әks tәrәfin müharibәnin aparılma xarakteri vә üsullarına dair baxışlarının müәyyәnlәşdirilmәsi, qoşunların (qüvvәlәrin), xüsusilә strateji hücum qüvvәlәrinin әsgәri tәrkibi, dislokasiyası vә fәaliyyәt xarakterini öyrәnmәkdir. O p e r a t i v H.k. qoşun növlәri, hәrbi dairәlәr, donanmalar vә SQ-nin tәrkibindәki operativ birlәşmәlәrin gәrargahları tәrәfindәn tәşkil olunur vә hәyata keçirilir. Onun mәqsәdi әmәliyyatların (döyüş fәaliyyәtinin) hazırlanması vә uğurlu icrası üçün zәruri kәşfiyyat mәlumatlarının әldә edilmәsidir. Düşmәnin planlarının, tәcavüzә bilavasitә hazırlaşması vaxtının ifşası, hücumun gözlәnilmәzliyinin önlәnmәsi, düşmәn SQ-inin (qoşunlarının, qüvvәlәrinin) әsgәri tәrkibinin, yerlәşmәsinin, birlәşmәlәrinin, vәziyyәt vә imkanlarının, qoşunların (qüvvәlәrin) vә silahların idarәolunması sisteminin aşkarlanması; zәrbә endirilmәsi üçün obyektlәrin vә onların yerlәrinin üzә çıxarılması, әrazidәki mühәndis-istehkam qurğularının aşkarlanması; әrazinin keçilә bilmә sәviyyәsinin, kommunikasiyaların, su vә digәr maneәlәrin vәziyyәtinin müәyyәnlәşdirilmәsi; döyüş әmәliyyatları aparılmasının yeni vasitә vә üsullarının aşkarlanması vә s. operativ H.k.-ın mühüm vәzifәlәridir. T a k t i k i H.k. hәrbi birlәşmә, hissә vә bölmәlәrin komandir vә qәrargahları, qoşun növlәri, xüsusi qoşun vә SQ-nin bütün növ birlәşmә, hissә, qoşun vә xidmәt başçıları tәrәfindәn döyüşün hazırlanması vә aparılması mәqsәdilә planlaşdırılır vә hәyata keçirilir. Düşmәn planlarının üzә çıxarılması, әks qüvvәlәrin tәrkibinin vә yerlәşmәsinin, qoşunları (qüvvәlәri) vә silahları idarәetmә sisteminin aşkarlanması; zәrbә endirilmәsi üçün obyektlәrin vә onların yerlәrinin, әrazidәki mühәndis-istehkam qurğularının, әrazinin keçilә bilmә dәrәcәsinin müәyyәnlәşdirilmәsi vә s. taktiki H.k.-ın әsas vәzifәlәridir. Y e r ü s t ü H.k. bütün quru qoşunları növlәrinin birlәşmәlәri, hissәlәri, bölmәlәri, hәmçinin xüsusi qoşun vә xidmәtlәr (mühәndis, kimyәvi vә s.) tәrәfindәn aparılır. Müşahidә, gizli qulaqasma, fotoçәkiliş, radio danışıqların әlә keçirilmәsi, radioelektron vasitәlәri şüalanmasının tәhlili, axtarış, pusqu, yerli әhalinin sorğusu, әsirlәrin vә tәslim olanların dindirilmәsi, düşmәndәn әlә keçirilmiş sәnәdlәrin, silahların öyrәnilmәsi, hәmçinin qoşunların (qüvvәlәrin) döyüş hәrәkәtlәri – kәşfiyyat döyüşü vә s. yerüstü H.k.-ın әsas üsullarıdır. Müşahidә zamanı müxtәlif texniki vasitәlәr geniş istifadә olunur. H.k.-ın aparılması hәm ştatda olan qüvvә vә vasitәlәrlә, hәm dә müxtәlif bölmәlәri cәlb etmәklә әlahiddә formalaşdırılan qüvvәlәrlә hәyata keçilir. Orduların silahlanmasına yeni uzun mәnzilli (o cümlәdәn, yük sәkdә qiqlikli) zәrbә vasitәlәrinin qәbul edilmәsi vә qoşunların (qüvvәlәrin) mobilliyinin daimi artırılması H.k.-ın daha böyük dәrinlikdә aparılmasını tәlәb edir. D ә n i z H.k.-ı donanmanın suüstü vә sualtı qüvvәlәri tәrәfindәn texniki müşahidә, әlәkeçirmә vә pelenqasiya vasitәlәrini tәtbiq etmәklә hәyata keçirilir. Diversiya bölmәlәri vә xüsusi aparatlı kәşfiyyatçı-dalğıclar istifadә oluna bilәr. H a v a H.k.-ı SQ-nin silahlandığı xüsusi tәyyarәlәr, helikopterlәr vә pilotsuz uçuş aparatları (PUA), hәmçinin әsas döyüş vәzifәsini yerinә yetirәrkәn bütün növ aviasiya ekipajları tәrәfindәn aparılır. Vizual müşahidә, hava fotoçәkilişlәri vә müxtәlif xüsusi texniki vasitәlәrin kömәyilә hәyata keçirilir. Bütün H.k. növlәrinin (strateji, operativ, taktiki) maraqlarına xidmәt edir. K o s m i k H.k. kәşfiyyatın strateji vә operativ miqyaslı növüdür vә Yerin süni peyklәri vasitәsilә aparılır. Qısa müddәtdә geniş әrazilәri müşahidә etmәk vә yer, hәmçinin dәniz mәnzilli raketlәrin buraxılmasını aşkarlamaq vә mәlumatları kәşfiyyat informasiyasının toplanma mәntәqәsinә cәld ötürmәk imkanı verir. Kosmosdan detallı fotoçәkilişlәr nәticәsindә kiçik ölçülü stasionar vә hәrәkәtli obyektlәr (zәrbә nöqtәlәri) aşkarlana bilәr. Kәşfiyyat peyklәrinin bir qismi radiodiapazonda düşmәn obyektlәrini aşkarlamaq mәqsәdilә radio vә radiotexniki avadanlıqla tәhciz edilir. C a s u s H.k.-ı SQ-dә xüsusi yaradılan kәşfiyyat orqanları tәrәfindәn tәşkil edilir vә hәyata keçirilir. Kәşfiyyatın bu növü qәdim zamanlarda meydana gәlmiş vә 19 әsrin sonlarınadәk düşmәnin SQ-i, hәrbi vә iqtisadi potensialı, hәrbi mükәllәfiyyәt imkanları, plan vә niyyәtlәri haqqında kәşfiyyat mәlumatları әldә etmәyin yeganә vasitәsi olmuşdur. Casus H.k.-ı geniş miqyaslı müharibәlәrin hazırlanması vә aparılması dövrlәrindә xüsusilә intensivlәşmişdi. SQ-nin bütün növ hәrbi fәaliyyәtindә H.k.-ın öz vәzifәlәrini uğurla yerinә yetirmәsi kәşfiyyatın bütün vasitә vә üsullarının qarşlıqlı fәaliyyәtindәn, onun dәqiq tәşkili, әldә edilmiş mәlumatların vaxtında tәhlili vә ötürülmәsindәn asılı olur. Əmәliyyatların dinamikliyi vә qısamüddәtliliyinin, endirilәn zәrbәlәrin effektivliyinin artması SQ-nin döyüş hazırlığının tәmin edilmәsi faktoru kimi H.k.-ın rolunu yüksәltmiş, onun planlaşdırılması, tәşkili vә aparılmasını çәtinlәşdirmişdir. Müasir texniki vasitәlәrin sürәtli inkişafı ilә әlaqәdar yüksәk dәqiqlikli kәşfiyyat, zәrbә, idarәetmә vasitәlәrinin inteqrasiyası vә bu әsasda kәşfiyyat-zәrbә komplekslәrinin yaradılması prosesi gedir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU