HƏRBİ QULLUQÇU – hәqiqi hәrbi xidmәtdә olan şәxs. H.q.-lar vә hәrbi vәzifәlilәr әsgәr (matros), çavuş, gizir (miçman) vә zabit heyәtlәrinә, zabit heyәti isә kiçik, baş vә ali zabit heyәtlәrinә bölünür. H.q. öz vәtәninin müdafiәcisidir vә onun müdafiәsi üçün şәxsi mәsuliyyәt daşıyır. Azәrb. Resp. Silahlı Qüvvәlәrinin Daxili Xidmәt nizamnamәsinә (1994) görә, Azәrb. Resp. Silahlı Qüvvәlәrinin H.q.-su Azәrb. dövlәtinin mәnafeyini qorumağa, onun nüfuzunun vә qüdrәtinin möhkәmlәnmәsinә sәy göstәrmәyә, Azәrb. Resp.-nın Konstitusiyasına vә qanunlarına müqәddәscәsinә vә sarsılmaz surәtdә riayәt etmәyә, hәrbi andı yerinә yetirmәyә, intizamlı, vicdanlı, doğruçu vә cәsarәtli olmağa, hәrbi borcunu yerinә yetirәrkәn bütün qüvvәsini vә lazım gәldikdә, canını әsirgәmәmәyә, komandirlәrә (rәislәrә) sözsüz tabe olmağa vә döyüşdә onları müdafiә etmәyә, öz hәrbi hissәsinin Döyüş Bayrağını göz bәbәyi kimi qorumağa borcludur. H.q. Azәrb. Resp. vәtәndaşının yüksәk adını lәyaqәtlә daşımalı, Azәrb. Resp. Silahlı Qüvvәlәrinin, xidmәt etdiyi hәrbi hissәnin şәrәfini vә döyüş şöhrәtini, öz hәrbi rütbәsinin şәrәfini qorumalıdır. Azәrb. Resp.-nın qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada H. q.-lar vә toplanışa çağırılmış hәrbi vәzifәlilәr döyüş әmәliyyatlarında iştirak edәrkәn; hәrbi vәziyyәt dövründә, yaxud silahlı münaqişәlәr zamanı müәyyәn edilmiş vәzifәlәri yerinә yetirәrkәn; döyüş növbәsini (döyüş xidmәtini) apararkәn, daxili xidmәt nar yadlarında, qarovulda vә qarnizon növbәlәrindә olarkәn; tәlimlәrdә vә tәlimlә bağlı sәfәrlәrdә iştirak edәrkәn; vәzifә borclarını, yaxud komandir (rәis) tәrәfindәn verilmiş әmr, sәrәncam vә ya göstәrişi yerinә yetirәrkәn; günün nizam qaydaları ilә müәyyәn edilmiş xidmәt vaxtında vә ya xidmәti zәrurәtlә әalqәdar günün digәr vaxtlarında hәrbi hissәnin (müәssisәnin) әrazisindә olarkәn; ezamiyyәtdә olarkәn; müalicәdә olarkәn vә müalicә yerinә gedib-gәlәrkәn; toplanışlar keçirәrkәn; hәrbi xidmәt yerinә gedib-gәlәrkәn; әsrilikdә olarkәn (düşmәn tәrәfinә könüllü keçmә hallarından başqa); xidmәti vәzifәsini icra edәrkәn xәbәrsiz itkin düşdükdә şәxs qanunla müәyyәn olunmuş qaydada xәbәrsiz itkin düşmüş vә ya ölmüş elan edilәnәdәk; vәtәndaşların hәyat vә sağlamlıqlarını, şәrәf vә lәyaqәtlәrini müdafiә edәrkәn; insan vә vәtәndaş hüquq vә azadlıqlarının müdafiәsi, qayda-qanunun, ictimai tәhlükәsizlik vә ictimai qaydanın qorunub saxlanması işindә dövlәt orqanlarının әmәkdaşlarına kömәklik göstәrәrkәn; fövqәladә halların vә ya tәbii fәlakәtlәrin vә texnogen xarakterli qәzaların qarşısının alınması vә nәticәlәrinin aradan qaldırılmasında iştirak edәrkәn hәrbi xidmәt vәzifәlәrinin icrasında sayılırlar. H.q.-ya vә hәrbi vәzifәliyә onun tutduğu vәzifәdәn, hәrbi vә ya xüsusi hazırlığından, hәrbi xidmәt müddәtindәn, ehtiyatda olma vәziyyәtindәn, qoşun növünә vә ya xidmәtinә mәnsubiyyәtindәn vә xidmәtlәrindәn asılı olaraq müvafiq hәrbi rütbә verirlir (bax Hәrbi rütbәlәr). H.q.-lar ştat vәzifәlәrindә hәqiqi hәrbi xidmәt keçirlәr. H.q.-lar tәrәfindәn tutulmalı olan ştat vәzifәlәri vә bu vәzifәlәrә uyğun hәrbi rütbәlәr hәrbi hissәlәrin (gәmilәrin, idarәetmә orqanlarının, idarәlәrin, xüsusi tәyinatlı tәhsil müәssisәlәrinin) ştatlarında nәzәrdә tutulur. H.q.-lar müdafiә xarakterli işlәrin yerinә yetirilmәsi üçün hәqiqi hәrbi xidmәtdә saxlanılmaqla dövlәt orqanlarına, tәşkilatlara ezam oluna bilәrlәr. Zabitlәr xidmәtlәrini davam etdirmәk üçün müvafiq icra hakimiyyәti orqanının qәrarına әsasәn beynәlxalq tәşkilatlara ezam oluna bilәrlәr. H.q.-ların xidmәtdә bir hәrbi vәzifәdәn başqa hәrbi vәzifәyә keçirilmәsi “Hәrbi xidmәtkeçmә haqqında” Əsasnamә, H.q.-ların hüquqi vәziyyәti ilә bağlı digәr mәsәlәlәr “Hәrbi vәzifә vә hәrbi xidmәt haqqında” (2011) Azәrb. Resp.-nın qanunu ilә vә hәrbi nizamnamәlәrlә tәnzimlәnir.










