HƏRBİ QÜVVƏ – silahlı qüvvәlәrin, hәrbi tәhlükәsizliyi tәmin etmәk vә hәrbi-siyasi mәqsәdlәrә çatmaq üçün cәlb edilәn digәr hәrbi birlәşmә vә dövlәt orqanlarının mәcmusu. H.q. dövlәtin iqtisadi, siyasi, sosial, dini vә digәr imkanlarını özündә birlәşdirir vә silahlı qüvvәlәri, sәrhәd qoşunlarını, daxili qoşunları, tәhlükәsizlik vә fövqәladә hallar xidmәtlәrinin hәrbi hissәlәrini, hәmçinin dövlәtin qanunvericilik qaydasında yaratdığı digәr hәrbi birlәşmә vә orqanları ehtiva edir.










