HƏRBİ MANEƏLƏR – müxtәlif mühәndis vasitәlәri vә qurğuları. Tank, tәyyarә, piyada, nәqliyyat vә s. әleyhinә olur. Düşmәnin hәrәkәtini (irәlilәyişini) lәngitmәk vә ya dayandırmaq mәqsәdilә yaradılır. Dәnizdә hәrbi әmәliyyatlar zamanı mina maneәlәrindәn vә şәbәkә maneәlәrindәn (qayıq әleyhinә) istifadә olunur.










