Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRBİ MƏHKƏMƏLƏR 
    HƏRBİ MƏHKƏMƏLƏR – silahlı qüvvәlәrdә vә digәr hәrbi qurumlarda әdalәt mühakimәsini hәyata keçirәn ixtisaslaşdırılmış, yaxud ümumi yurisdiksiyalı mәhkәmә orqanları. Bütün sivil ölkәlәrdә H.m.-in yaranması vә inkişafı hәrbi tәşkilatlanmanın vә dövlәt mәhkәmә sisteminin inkişafı ilә әlaqәdardır. Dövlәtin mәhkәmә hakimiyyәtinin bilavasitә ordularda, o cümlәdәn xüsusi şәraitdә hәyata keçirilmәsi zәrurәti tәşkilati vә komplektlәşdirilmә xüsusiyyәtlәri ümumi yurisdiksiyalı digәr mәhkәmәlәrin fәaliyyәtinin qeyri-mümkün olduğu spesifik şәraitlәrdә әdalәt mühakimәsini effektiv hәyata keçirmәyә imkan verәn mәhkәmә orqanlarının yaradılmasını şәrtlәndirmişdir. Xarici ölkәlәrdә silahlı qüvvәlәr şәraitindә mәhkәmә hakimiyyәtinin hәyata keçirilmәsi mexanizmi haqqında mәsәlәnin hәllinә bir neçә başlıca yanaşma formalaşmışdır. H.m.-in hәm dinc, hәm dә hәrbi dövrdә fәaliyyәt göstәrdiyi dövlәtlәr әn çox saylı olan birinci qrupu tәşkil edir (Avstraliya, B. Britaniya, Danimarka, Misir, İsrail, İspaniya, İtaliya, Kanada, Çin, Polşa, ABŞ, İsveçrә, Cәnubi Koreya, Latın Amerikası vә MDB ölkәlәri); burada H.m. daimi әsaslarla işlәmәlәrindәn, yaxud zәruri hallarda yaradılmalarından asılı olmayaraq, dövlәt mәhkәmә sisteminin bir halqasıdır. İkinci qrup ölkәlәr özünәmәxsus qarışıq yurisdiksiyaya malikdir (Fransa, Niderland, Norveç, Finlandiya, Macarıstan); onlarda ümumi yurisdiksiyalı mәhkәmәlәrin yanında daimi әsaslarla ixtisaslaşdırılmış hәrbi strukturlar (palatalar, şöbәlәr, şuralar) fәaliyyәt göstәrir. Onların fәaliyyәtini, bir qayda olaraq, ölkәnin Ali mәhkәmә sәdrinin müavinlәrindәn biri koordinasiya edir. Üçüncü qrup dövlәtlәrdә cinayәt H.m.-inin fәaliyyәti hәrbi dövrlә mәhdudlaşır; dinc dövrdә onlar yalnız xaricdә yerlәşәn qoşun hissәlәrindә yaradıla bilәr (Almaniya, Avstriya, Portuqaliya, İsveç, Yaponiya vә s.). Bu ölkәlәrdә hәrbi qulluqçulara aid cinayәt işlәrinә ümumi mәhkәmәlәr baxır; bundan әlavә, hәrbi qulluqçuların intizam әmәllәrinә dair işlәrin icraatı üçün intizam H.m.-i yaradıla bilәr. Müasir dövlәtlәrdә H.m. iki әsas formada: ya hәrbi komandanlığın tabeçilikdә olan hәrbi qulluqçulardan konkret işә baxmaq mәqsәdilә yaratdığı mәhkәmәlәr kimi, ya da peşәkar hakimlәrdәn ibarәt daimi H.m. kimi fәaliyyәt göstәrir. Mәs., ABŞ-ın Vahid hәrbi әdliyyә mәcәllәsinә әsasәn, H.m.-i ABŞ-ın Prezidenti, müvafiq hәrbinazir vә nazirin tәyin etdiyi istәnilәn komandir dә daxil olmaqla digәr hәrbi vәzifәli şәxslәr çağıra bilәr. H.m.-in hökmlәrindәn şikayәt verilmәsi vә ümumәn onların tәsdiqi hәmin hәrbi vәzifәli şәxslәrdәn asılıdır. Azәrb. Resp.-nda H.m. birinci instansiya mәhkәmәsi qismindә fәaliyyәt göstәrir (CPM, maddә 68). H.m. müharibә vә ya hәrbi xidmәt әleyhinә olan böyük ictimai tәhlükә törәtmәyәn vә az ağır, ağır vә xüsusilә ağır cinayәtlәrә dair, habelә hәrbi qulluqçular tәrәfindәn törәdilmiş böyük ictimai tәhlükә törәtmәyәn vә az ağır, ağır vә xüsusilә ağır cinayәtlәrә dair işlәrә baxır. Göstәrilәn cinayәtlәr hәrbi qulluqçu olmayan şәxsin iştirakı ilә törәdilәrsә, onun barәsindә işә dә H.m. tәrәfindәn baxılır. H. m. mәhkәmә nәzarәti funksiyalarının hәyata keçirilmәsinә dair vә digәr materiallara baxır. Hәr bir hәrbi mәhkәmәyә yalnız mәhkәmәnin fәaliyyәt dairәsindә baş vermiş cinayәtlәrlә bağlı işlәr vә digәr materiallar aiddir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU