HƏRBİ MUSİQİ – vәtәnpәrvәrlik hisslәrinin tәrbiyәsinә vә ordunun sıra tәlimi mәqsәdinә xidmәt edәn musiqi. H.m. vasitәsilә xәbәrdarlıq, әlaqә vә idarәetmә funksiyaları da yerinә yetirilir. Hәrbi nәfәs alәtlәri ork.-lәri vә ayrı-ayrı musiqiçilәr (şey purçu, tәbilçi) tәrәfindәn hәrbi vә ictimai tәntәnәli mәrasimlәrdә (bayramlar, rәsm-keçidlәr, bayraq vә mükafatların verilmәsi, qarovulun dәyişmәsi, andiçmә vә s.) ifa olunur. Qәdim Misir, Aşşur, Babilistan, Çin, Hindistan, Yunanıstan vә Romada döyüş zamanı H.m.-dәn istifadә edilmişdir (әsasәn, flyeta, nәfir, şeypur, simbal, tәbil vә s. musiqi alәtlәri). 16–17 әsrlәrdә bir çox Qәrbi Avropa ölkәsinin yeni hәrbi tәlim sisteminә keçmәsi ilә tәdricәn H.m-nin tәşkili vә istifadә olunmasının bir sıra ümumi prinsiplәri müәyyәnlәşdirildi. 19 әsrin 2-ci yarısında döyüşdә H.m.-dәn istifadә mәnasını itirdi, onun bәdii sәviyyәsi, ümumi musiqi mәdәniyyәtinә qovuşma tendensiyası artdı. J. Lülli, G.Hendel, F.Qossek, L.Bethoven, M.Qlinka, N.Rimski-Korsakov vә b. hәrbi ork. üçün әsәrlәr yazmışlar. Marş H.m.-nin әsas janrıdır. Geniş mәnada H.m. hәrbi ork. üçün yazılmış müxtәlif janrlı әsәrlәri әhatә edir. Türk xalqlarında da geniş yayalmışdır (bax mehtәr musiqisi). Azәrb.-da H.m. haqqında mәlumata folklorda, orta әsrlәr poeziya (N.Gәncәvi) vә incәsәnәtindә (miniatürlәr) rast gәlinir. Aşıq vә zurnaçılar dәstәsi tәrәfindәn ifa olunan “Cәngi”, “Qәhrәmani”, “Misri”, “Cәngi Köroğlu”, “Köroğlunun çağırış havası” vә s. H.m. nümunәlәrindәndir. Şah İsmayıl Xәtai hakimiyyәtdә olarkәn ozanlar döyüş zamanı cәngilәr çalmış, türkü, varsağılar oxumuşlar. Ney, şeypur, zurna, hәfir, kәrrәnay, tәbil, nağara, kus vә s. istifadә olunan әsas musiqi alәtlәri idi. Azәrb. Bәstәkarlarından Ü.Hacıbәyli, M.Ma qomayev, Q.Qarayev, C.Hacıyev, C.Ca hangirov, T.Quliyev, R.Hacıyev, S.Əlәsgәrov, R.Mustafayev, E.Sabitoğlu, C.Quliyev, A.Dadaşov, S.Fәrәcov vә b. marşlar bәstәlәmişlәr.










