HƏRBİ MÜDAXİLƏ – bir dövlәt (dövlәtlәr koalisiyası) tәrәfindәn digәr dövlәtin daxili işlәrinә bilavasitә vә ya bilvasitә müdaxilә; silahlı qüvvәlәrin istifadәsinә әsaslanır vә ölkәnin suverenliyini pozur, yaxud aşkar şәkildә tәhdid altına qoyur. Müdaxilәnin iqtisadı, siyasi, diplomatik, informasiya, psixoloji vә s. formaları ilә әlaqәlәndirilә bilәr. Dünyanın ayrı-ayrı dövlәtlәrindә, yaxud regionlarında sosial-siyası proseslәri zorakılıqla dәyişmәk, arzu edilmәyәn hakim rejimlәri kәnarlaşdırmaq vә s. mәqsәdlәr üçün istifadә olunur. Bilavasitә H.m. hәrbi qüvvәdәn aşkar istifadә (soxulma, hәrbi tәcavüz, silahlı münaqişә, lokal müharibә vә s.) etdikdә baş verir. Bilavasitә H.m. yalnız silahlı zorakılıqdan istifadә hәdәlәri (güc nümayişi, hәrbi kömәyin müxtәlif formaları) ilә müşayiәt olunur. BMT-nin Nizamnamәsindә vә digәr beynәlxalq sәnәdlәrdә dövlәtlәrin vә xalqların daxili salәhiyyәtinә aid olan işlәrә qarışmama prinsipi beynәxalq hüququn başlıca prinsiplәrindәn biri kimi tәsbit olunmuşdur. Ona görә, H.m. beynәlxalq hüququn norma vә prinsiplәrinin pozulmasıdır vә H.m.-yә mәruz qalmış dövlәt özünü müdafiә hüququna malikdir. H.m.-yә qarşı mübarizәdә BMT-nin Tәhlükәsizlik Şu ra sı nın qәrarı ilә BMT-nin silahlı qüvvәlәri istifadә oluna bilәr (bax İntervensiya).










