HƏRBİ MÜKƏLLƏFİYYƏT – vәtәndaşları öz ölkәsinin silahlı qüvvәlәrindә hәrbi xidmәt keçmәyә mәcburi cәlbetmәnin tarixәn formalaşmış, yaxud müvafiq dövlәt aktları ilә qәbul edilmiş qaydası. H.m.-in әsas formaları: silki, icma, ümumi vә bunların qarışığı. Silki H.m. yalnız müәyyәn silk üçün hәrbi xidmәtin mәcburiliyini bildirirdi vә әmәk bölgüsünün baş verdiyi, milli dövlәtlәrin (Aralıq dәnizi hövzәsinin quldarlıq dövlәtlәri, Qәdim Misir, Qәdim Hindistan, Çin, Yaponiya, xalis şәkildә isә yalnız Qәdim İranda – Sasanilәr dövlәtindә) yarandığı dövrdә meydana gәlmişdi. İcma H.m.-i şәhәr vә kәnd icmalarının orduya müәyyәn olunmuş sayda döyüşçü göndәrmәk öhdәliyindәn ibarәt idi (erkәn orta әsrlәr). Ən qәdim H.m. forması olan ümumi H.m. yaşamaq üçün cәmiyyәtin hәr üzvünün mübarizә aparmalı olduğu dövrlәrdә müәyyәn yaşa çatmış bütün kişilәrin mәcburi hәrbi xidmәti kimi meydana gәlmiş (qәdim dünyanın, demәk olar, bütün dövlәtlәrindә), sonralar silki vә icma formalarını almışdır. Ümumi H.m. qanunvericiliklә ilk dәfә 1793 ilin avqustunda Fransada Böyük Fransa inqilabı gedişindә tәtbiq edilmişdir. Sonralar Prussiya (1814– 1815), Avstriya-Macarıstan (1868), İtaliya (1875) da kütlәvi ordular yaratmaq mәqsәdilә ümumi H.m.-ә keçmişlәr. B.Britaniya 1949–61 illәrdә vә ABŞ 1948–73 illәrdә, hәmçinin dünya müharibәlәri zamanı muzdlu әsgәr toplanmasını saxlamaq şәrti ilә ümumi H.m. tәtbiq etmişlәr. AFR-in silahlı qüvvәlәri H.m. haqqında qanunla (1956), hәmçinin qismәn muzdlularla komplektlәşir. Silki H.m. orta әsrlәrin bәzi feodal Azәrb. dövlәtlәrindә (mәs., Sәfәvilәrdә) tәtbiq olunmuşdur. Ümumi H.m. ilk dәfә Azәrb. Xalq Cümhuriyyәti dövründә hәyata keçirilmişdir. Azәrb. hökumәtinin 1918 il 3 iyul tarixli qәrarı ilә 19 yaşı tamam olmuş vәtәndaşlar H.m.-in yerinә yetirilmәsinә cәlb olunurdular. 1920–1991 illәrdә Azәrb. SSR-dә SSRİ qanunvericiliyinә uyğun ümumi H.m. tәtbiq edilirdi. Hazırda Azәrb. Resp.-nın “Hәrbi vәzifә vә hәrbi xidmәt haqqında” qanununa (2011) әsasәn 18 yaşına çatmış vә sağlamlıq vәziyyәtinә görә hәrbi xidmәtә yararlı hәr bir kişi cinsli vә tәndaş Azәrb. Resp.-nın Silahlı Qüvvәlәrindә vә ya Azәrb. Resp.-nın qanun vericiliyinә uyğun olaraq yaradılmış başqa silahlı birlәşmәlәrdә qanunda nәzәrdә tutulmuş qaydada (çağırış üzrә vә ya könüllü) müddәtli hәqiqi hәrbi xidmәt keçmәlidir.










