HƏRBİ PROKURORLUQ – silahlı qüvvәlәrdә vә hәrbi birlәşmәlәrdә qanunların icra olunmasına nәzarәti vә cinayәt tәqibini hәyata keçirәn dövlәt orqanları sistemi. Qәrbi Avropa ölkәlәrindә vә ABŞ-da H.p. orqanları hәrbi idarәlәrin tәrkibindә yaradılır vә fәaliyyәt göstәrir. Buna görә dә hәrbi prokuror nәzarәti sistemi ordunun strukturuna uyğun gәlir. Mәs., ABŞ-da H.p. federal prokurorluq orqanlarının bir hissәsi deyil, struktur cәhәtdәn isә silahlı qüvvәlәrin hәr bir növünә (quru qoşunları, hәrb-hava qüvvәlәri, hәrbi-dәniz donanması) daxildir. Hәrbi prokuror, ABŞ-ın Vahid hәrbi әdliyyә mәcәllәsinә vә federal qanunlara uyğun olaraq, silahlı qüvvәlәrin konkret növündә qanunvericiliyin hәyata keçirilmәsinә nәzarәt edir vә silahlı qüvvәlәrin hәmin növündәki baş qәrargah rәisinә tabedir. Rusiya Federasiyasında H.p. federal mәrkәzlәşdirilmiş prokurorluq sisteminin ixtisaslaşdırılmış struktur hissәsidir. Azәrb. Resp.-nın H.p.-u ixtisaslaşdırılmış prokurorluq olmaqla Azәrb. Resp.-nın Silahlı Qüvvәlәrindә vә Azәrb. Resp.-nın qanunvericiliyindә nәzәrdә tutulmuş başqa silahlı birlәşmәlәrdә Azәrb. Resp.-nın Konstitusiyası, “Prokurorluq haqqında” Azәrb. Resp.-nın qanunu (1999) vә digәr qanunverici aktlarla H.p.-lara aid edilmiş sәlahiyyәtlәri hәyata keçirir. Azәrb. Resp.-nın H.p.-u tutulmuş vә hәbs edilmiş hәrbi qulluqçuların saxlanıldığı yerlәrdә, intizam hissәlәrindә, elәcә dә cәzaların hәrbi hissәlәrdә icra edilmәsi zamanı qanunlara vә hәrbi nizamnamәlәrә әmәl olunmasına nәzarәt edir, Azәrb. Resp.-nın Silahlı Qüvvәlәrindә keçirilәn idarәdaxili yoxlamaların materiallarını tәlәb edir, Azәrb. Resp.-nın Silahlı Qüvvәlәrindә әmlakın talanması, hәrbi xidmәt әleyhinә, habelә hәrbi qulluqçular tәrәfindәn törәdilәn vә ya hazırlanan digәr cinayәtlәr barәdә әrizә, şikayәt, müraciәt, әmәliyyat-axtarış fәaliyyәti subyektlәrinin mәlumatları vә qanunvericiliklә müәyyәn edilmiş digәr mәlumatlar әsasında Azәrb. Resp. Hәrbi prokurorunun qәrarı ilә yoxlamanın aparılmasını, bu mәqsәdlә mütәxәssislәrin ayrılmasını, habelә araşdırılan faktların cinayәt işinin başlanmasına kifayәt qәdәr әsas verib-vermәmәsindәn asılı olaraq müvafiq qәrarın qәbul edilmәsini tәmin edir. H.p. öz vәzifәlәrini hәrbi idarәetmә orqanlarından vә komandanlıqdan asılı olmayaraq icra edir. H.p.-ların işçilәri xidmәti vәzifәlәrin icrası ilә әlaqәdar bütün hәrbi idarәçilik orqanlarının, hәrbi hissәlәrin, hәrbi müәssisә vә idarәlәrin bina vә әrazilәrinә maneәsiz daxil ola bilәrlәr. Azәrb. Resp.-nın H.p.-larına Azәrb. Resp.-nın H.p.-u, Nax. MR-in H.p.-u, hәrbi prokurorluqlar aiddir. H.p.-lar Azәrb. Resp. Silahlı Qüvvәlәri hәrbi qarnizonlarının yerlәşdiyi әrazilәrdә, bu prokurorluğun fәaliyyәt dairәsinә aid edilmiş hәrbi hissәlәrin sayı nәzәrә alınmaqla tәşkil edilir. Azәrb. Resp.-nın H.p.-una vәzifәsinә görә Baş prokurorun müavini hesab edilәn Azәrb. Resp.-nın hәrbi prokuroru rәhbәrlik edir. O, Azәrb. Resp. Konstitusiyasının 133-cü maddәsinin dördüncü hissәsinә uyğun olaraq vәzifәyә tәyin vә vәzifәdәn azad edilir. Azәrb. Resp.-nın H.p.-unda mәşvәrәtçi orqan olan vә Azәrb. Resp.-nın hәrbi prokurorunun rәhbәrlik etdiyi Azәrb. Resp. H.p.-unun Kollegiyası yaradılır. Kollegiyanın tәrkibinә Azәrb. Resp.-nın Hәrbi prokuroru, onun müavinlәri, Nax. MR-in hәrbi prokuroru, Azәrb. Resp. H.p.-unun idarә, şöbә rәislәri vә digәr rәhbәr işçilәri daxildirlәr. Kollegiyanın tәrkibini Azәrb. Resp. Hәrbi prokurorunun tәqdimatı әsasında Azәrb. Resp.-nın Baş Prokuroru tәsdiq edir.










