HƏRBİ SİYASƏT – dövlәtin (dövlәtlәr koalisiyasının) vә cәmiyyәtin sosial-siyasi institutlarının siyasi mәqsәdlәrә nail olmaq üçün hәrbi qüvvәnin hazırlanması vә tәtbiqinә yönәlmiş fәaliyyәti. H.s.-in әsas istiqamәtlәri, mәqsәdlәri, vәzifәlәri vә va sitәlәri qanunlar, milli tәhlükәsizlik konsepsiyası, hәrbi doktrina vә digәr dövlәt sәnәdlәrindә müәyyәnlәşdirilir. H.s.-in başlıca subyekti legitim silahlı gücişlәtmәk kimi inhisar hüquqa malik olan dövlәt vә ya dövlәtlәr koalisiyasıdır. H.s.-dә dövlәtin geosiyasi vәziyyәti, iqtisadi inkişafı, demoqrafik göstәricilәri, siyasi tәşkilatlanması vә sosial-mәdәni faktorlar әksini tapır. H.s. hәrbi qüvvәnin yaradılması, dәstәklәnmәsi, zәrurәt yarandıqda isә istifadә olunması maraqlarından çıxış edәrәk, ictimai hәyatın digәr sahәlәrinә tәsir göstәrir, bәzi hallarda (müharibә zamanı) isә müәyyәn dәrәcәdә onları özünә tabe edir. H.s. çoxtәrәfli xarakter daşıyaraq, hәrbi-iqtisadi, hәrbi-texniki vә digәr fәaliyyәt istiqamәtlәrini ehtiva edir.










