HƏRBİ TARİX – 1) hәrbi işin qәdim zamanlardan indiyәdәk inkişaf prosesi. 2) Tarix elminin bir sahәsi: keçmiş dövrün müharibәlәrini vә silahlı qüvvәlәrini cәmiyyәtin maddi-texniki, sosial-iqtisadi, siyasi şәrtlәrindәn asılı şәkildә öyrәnir; habelә kütlәlәrin, siniflәrin, partiyaların hәrbi tәcrübәsini tәdqiq edir. H.t.-in tәrkib hissәlәri: müharibәlәr tarixi; hәrb sәnәti tarixi; silahlı qüvvәlәrin quruculuğu tarixi; hәrbi texnika tarixi, hәrbi fikir tarixi. H.t.-in xüsusi sahәlәri: hәrbi tarixşünaslıq, hәrbi-tarixi mәnbәşünaslıq, hәrbi arxeoqrafiya, hәrbi arxeologiya vә hәrbi statistika.










