HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİ – hәrbi qulluqçuların hazırlığına, tәkmillәşdirilmәsinә vә ixtisasartırmasına xidmәt edәn peşәkar hәrbi tәhsil müәssisәlәri. İlk hәrbi tәhsil müәssisәlәri 17 әsrin sonu – 18 әsrin әvvәllәrindә bir sıra Qәrbi Avropa ölkәlәrindә nizami ordunun yaranması ilә әlaqәdar meydana gәlmişdir. Azәrb.-da hәrbi kadrların hazırlanması üzrә әsası 1918–19 illәrdә qoyulmuş hәrbiyyә, istehkamçılar, hәrbi dәmiryolçular, hәrbi feldşer mәktәblәri, o cümlәdәn Xәzәr Hәrbi Dәnizçilik Mәktәbi (1939; 2001 ildәn Azәrbaycan Ali Hәrbi Dәnizçilik Mәktәbi adlanır), Ali Ümumqoşun Komandirlәri Mәktәbi (1958 ildә Azәrbaycan orta hәrbi mәktәbinin bazasında yaranmışdır. Ali tәhsilli hәrbi kadrlar hazırlayan bu mәktәb Bakıda yerlәşsә dә, mәktәbdә tәdris rus dilindә aparılmış, tәlәbәlәr arasında azәrbaycanlılar yox sәviyyәsindә olmuşdur), Bakı Birlәşmiş Komandirlәr Mәktәbi (1966, dekabr; Bakı Birlәşmiş Hәrbiyyә Mәktәbi vә Gәncә Birlәşmiş Hәrbiyyә Mәktәbinin bazasında Bakı Hәrbi-Piyada Mәktәbi yaranmış vә 1945 ildә Bakı Piyada Mәktәbi adlanmışdır. 2001 ildәn Azәrbaycan Ali Hәrbi Mәktәbidir). Azәrbaycan Ali Hәrbi-Dәnizçilik Mәktәbi (1939; 2001 ildәn indiki adı ilә), Azәrbaycan Ali Hәrbi-Tәyyarәçilik Mәktәbi (2001; 1998–2001 illәrdә Quru Qoşunları Mәktәbinin nәzdindә fәaliyyәt göstәrәn aviasiya fakültәsinin bazasında yaranmışdır), C.Naxçıvanski ad. Hәrbi Lisey (1971) vә H.Əliyev ad. Hәrbi Lisey (2004) fәaliyyәt göstәrir. Bu gün Azәrb.-nın hәrbi tәhsil müәssisәlәrinә hәrbi akademiyalar, ali hәrbi mәktәblәr, hәrbi liseylәr, o cümlәdәn Müdafiә Nazirliyi tәrәfindәn ehtiyat zabitlәr hazırlığı kursları vә peşәkar hәrbi hәkimlәrin hazırlanması mәqsәdilә Azәrbaycan Tibb Universiteti nәzdindә hәrbi tibb fakültәsi, Silahlı Qüvvәlәrin Tәlim vә Tәdris Mәrkәzi daxildir. Resp.-da güclü maddi-tәdris bazasına, müasir texnologiyalara malik vә müasir tәdris metodları ilә fәaliyyәt göstәrәn hәrbi tәhsil sistemi mövcuddur. Bir çox xarici ölkәlәrdә H.t.m.-nә ibtidai zabit mәktәblәri; hәrbi kolleclәr – orta H.t.m.; qәrargah mәktәblәri (kolleclәri), hәrbi qüvvәlәrin vә qoşun növlәri üzrә hәrbi akademiyalar, milli müdafiә akademiyaları – ali H.t.m. daxildir. ABŞ-da 280 kollec vә un-tlәrdә ehtiyatda olan zabitlәrin ordudan kәnar hazırlığı üzrә 4 illik kurslar fәaliyyәt göstәrir. Zabit kadrları hazırlayan xarici H.t.m.: quru qoşunlar üzrә – Hәrbi mәktәb (Vest-Poynt, ABŞ), Kral hәrbi mәktәbi (Sandherst, B.Britaniya), Hәrbi quru qoşunları mәktәbi (Koetkidan, Fransa), Zabit mәktәbi (Hannover, Almaniya); hәrbi hava qüvvәlәri üzrә – Hәrbi hava mәktәbi (Kolarado-Sprinqs, ABŞ), Kranuell aviasiya kolleci (B.Britaniya), HHQ zabit mәktәbi (Salon-de-Provans, Fransa), Hәrbi aviasiya mәktәbi (Noybiberq, Almaniya), Hәrbi aviasiya mәktәbi (Potsuoli, İtaliya); hәrbi dәniz qüvvәlәri üzrә – Hәrbi dәniz mәktәbi (Annapolis, ABŞ), Darmut (“Britaniya”), Hәrbi dәniz kolleci (B. Britaniya), Hәrbi dәniz mәktәbi (Livorno, İtaliya).










