HƏRBİ TİBB – tibbi vә hәrbi biliklәr vә praktik fәaliyyәt sistemi; hәrbi qulluqçuların sağlamlığının möhkәmlәndirilmәsi, onların xәstәliklәrinin vә döyüş zәdәlәnmәlәrinin qarşısının alınması vә müalicәsi mәqsәdilә yaradılmışdır. H.t. bilik vә praktik fәaliyyәtin müstәqil sahәsi kimi 17 әsrdә Avropada nizami qoşunların meydana çıxması ilә әmәlә gәlmişdir. H.t.-in tәşәkkül tapmasına vә inkişafına A.Pare, C.Lind, C.Prinql, D.Larrey, P.F.Persi, T.Bilrot, B.Langenbek, E.Berqman, F.A.Esmarx, Rusiyada P.Z.Kondoidi, Y.V.Villiye, M.Y.Mudrov, Y.O.Muxin, İ.F.Buş, N.İ.Piroqov böyük töhfәlәr vermişdir. H.t. tibb vә hәrb elmlәrinin nailiyyәtlәrinә söykәnәrәk nәzәri vә tәcrübi sәhiyyәni, qoşunların şәxsi heyәtinin döyüş zәdәlәnmәlәrinin vә xәstәliklәrinin baş vermә vә gedişi xüsusiyyәtlәrini öyrәnir; hәrbi әmәliyyat apararkәn tibbi tәminatın tәşkilinin sәmәrәli üsullarını vә sülh dövründә ordunun şәxsi heyәtinә müalicә-profilaktik xidmәti işlәyib hazırlayır. H.t.-in praktik tәrәfi sülh vә müharibә dövrü şәraitindә qoşunların tibbi tәminat sistemi vә metodları ilә tәmsil olunur. Bu, sülh dövründә qoşunların müalicә-profilaktik vә sanitariya-gigiyenik tәminatı vә lazımi epidemiyaya qarşı tәdbirlәrin aparılması (göstәriş üzrә), habelә döyüş şәraitindә işlәmәk üçün H.t. üzrә mütәxәssislәrin hazırlanmasıdır. Hәrbi әmәliyyat şәraitindә qoşunun tibbi tәminatı müalicә-evakuasiya vә sanitar-gigiyena üzrә kompleks tәdbirlәrdәn, epidemiyaya qarşı tibbi xidmәtin fәaliyyәtindәn, hәrbi әmәliyyat şәraitindә qoşunun tibbi xidmәt fәaliyyәtinindәn tibbi tәminatı müalicә-evakuasiya, sanitariya-gigiyena üzrә tәdbirlәr kompleksindәn vә epidemiyaya qarşı tibbi evakuasiya mәrhәlәlәrindә müasir silah növlәrilә yaralananlara vә xәsarәt alanlara müxtәlif növ tibbi yardım göstәrmәk üçün lazım olan dәrmanlarla, avadanlıq vә alәtlәrlә tәchiz edilmәsindәn ibarәtdir. Hazırkı şәraitdә qoşunun tibbi tәminat xüsusiyyәtlәri hәrbi әmәliyyat gedişinin xarakterindәn asılıdır vә hәrbi vәziyyәtә, mürәkkәb vә müxtәlif hәrbi patologiyaya uyğun olaraq daima dәyişir. Tibbi xidmәt işinin hәyata keçirildiyi ordunun hәrbi fәaliyyәti, hәmçinin döyüş zәdәlәn mәlәrinin xüsusiyyәtlәri vә onların nәticәlәri H.t.-i tamamilә nәzәri vә praktik mülki tәbabәtә aid etmәyә imkan vermir. Tibbi xidmәtin fәaliyyәt şәraitinә uyğun olaraq tibb elminin qaydalarının daim yenidәn işlәnmәsi, qoşunların tibbi tәminatının konkret tәşkilatı formalarının, hәmçinin silahlı qüvvәlәrin quruculuğunun tәşkilatı prinsiplәrinә uyğun vә müxtәlif hәrbi vәziyyәt şәraitindә daha effektli profilaktika vә müalicә işi üsullarının axtarışı vacibdir. H.t.-in әsas bölmәlәri: tibbi xidmәtin tәşkili vә taktikası, hәrbi-sәhra cәrrahiyyәsi, hәrbi-sәhra terapiyası, hәrbi gigiyena vә epidemiologiya, hәrbi-tibbi coğrafiya, hәrbi-tibbi inzibatçılıq, hәrbi-tibbi tәchizat, KQS-dәn (kütlәvi qırğın silahı) tibbi müdafiә. Hәrbi hissәlәrdә döyüş travmalarının vә xәstәliklәrin patologiyası, klinikası vә müalicәsi xüsusiyyәtlәrinin öyrәnilmәsi ilә әlaqәdar qoşunun tibbi tәminatının praktik mәsәlәlәri nәzәri vә praktik tәbabәtin çox sahәlәrinin (patoloji fiziologiya, patoloji anatomiya, psixiatriya, oftalmologiya, stomatologiya vә s.) hәrbi-tibb bölmәlәrinin meydana çıxmasına sәbәb oldu. Müxtәlif qoşun növlәrindә peşә amillәrinin hәrbi qulluqçuların sağlamlığına tәsiri xüsusiyyәtlәrini öyrәnәn hәrbi әmәyin fiziologiyası H.t.-in mühüm bölmәlәrindәndir.










