HƏRBİ VƏZİYYƏT – dövlәtin bütün әrazisindә, yaxud ayrı-ayrı hissәlәrindә ona qarşı tәcavüz vә ya tәcavüz tәhlükәsi olduğu halda müvәqqәti tәtbiq edilәn xüsusi hüquq rejimi. H.v. rejimi tәcavüzün dәf olunması, yaxud qarşısının alınması üçün lazım olan şәraitin yaradılmasına yönәlәn iqtisadi, siyasi vә digәr kompleks tәdbirlәri ehtiva edir. H.v.-in sәciyyәvi cәhәtlәri aşağıdakılardır: hәrbi idarәetmә orqanlarının sәlahiyyәtlәrinin genişlәndirilmәsi; vәtәndaşların üzәrinә bәzi әlavә vәzifәlәr qoyulması (mәs., ölkәnin müdafiә ehtiyacları üçün lazım olan işlәrin görülmәsindә iştirak, düşmәnin silah tәtbiq etmәsi nәticәlәrinin aradan qaldırılması, dağıdılmış iqtisadi, hәyat tәminatı sistemlәri vә hәrbi obyektlәrin bәrpası vә s.); vәtәndaşın siyası hәyatda iştirakla bağlı olan bәzi hüquq vә azadlıqlarının mәhdudlaşdırılması (yığıncaq, mitinq, nümayiş, yürüş vә piketlәrin, hәmçinin digәr kütlәvi tәdbirlәrin keçirilmәsi qadağan edilir, yaxud mәhdudlaşdırılır). Adı çәkilәn mәhdudiyyәtlәr yalnız dövlәt tәhlükәsizliyinin tәmin olunması üçün zәruri dәrәcәdә tәtbiq edilir vә vәtәndaşların әsas hüquq vә azadlıqlarına toxuna bilmәz. Keçmişdә H.v. rejimindәn kifayәt qәdәr geniş istifadә olunurdu. Rusiya imperiyasında H.v. sәfәrbәrlik elan edilmәsi ilә (imperator fәrmanı ilә) eyni zamanda, yaxud ondan sonra, hәmçinin ölkә daxilindә kütlәvi çıxışları yatırtmaq mәqsәdilә tәtbiq edilirdi (Rusiyada ilk H.v. 1905 ildә Bakıda vә Bakı quberniyasında tәtbiq olunmuşdur). Digәr dövlәtlәrdә dә H.v. yalnız hәrbi deyil, dinc dövrlәrdә dә tәtbiq edilmişdir: Fransada 1948 ildә, ABŞ-da müxtәlif ştat vә şәhәrlәrdә afroamerikalıların tәtil vә iğtişaşlarını yatırtmaq üçün (mәs., 1968 ildә). Azәrb. Resp.-nda H.v. Azәrb. Resp. Prezidentinin fәrmanı ilә tәtbiq edilir. Ölkәdә H.v.-in tәtbiqi әsasları, qaydası, müddәti, H.v.-dә sәfәrbәrlik vә digәr tәdbirlәr, qanunvericilik orqanının fәaliyyәti vә s. mәsәlәlәr “Hәrbi vәziyyәt haqqında” Azәrb. Resp.-nın qanunu (1994) ilә müәyyәn edilir.










