Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRBİ-DƏNİZ DONANMASI (HDD) 
    HƏRBİ-DƏNİZ DONANMASI (HDD) – silahlı qüvvәlәrin bir növü. Okean vә dәniz hәrbi әmәliyyat meydanında strateji vә taktiki vәzifәlәri yerinә yetirmәk mәqsәdilә yaradılır. Bir sıra ölkәlәrdә Hәrbi-Dәniz Qüvvәlәri adlanır. HDD-nin әsas vәzifәlәri düşmәnin qurudakı mühüm obyektlәrinә atom zәrbәlәri endirmәk, donanmasını dәnizdә vә dәniz bazalarında mәhv etmәk, okean vә dәniz vasitәsilә әlaqәlәrini pozmaq, quru qoşunlarını (QQ) kontinental hәrbi әmәliyyat meydanında dәstәklәmәk, dәniz desantları çıxarmaqdır. Donanmanın inkişafı qәdim zamanlardan başlamışdır. Qәdim Misirdә, Yunanıstanda, Romada vә Çindә әvvәlcә ticarәt gәmilәri, sonra isә avarlı hәrbi gәmilәr inşa olunurdu. Qәdim Yunanıstanda e.ә. 5 әsrdә әsas döyüş gәmisi triyera idi. E.ә. 3–2 әsrlәrdә Roma donanmasında trirema (triyeranın latınca adı) vә pentera (sağ vә sol tәrәfindә 5 sıra avar olan gәmi) kimi gәmi növlәri geniş yayılmışdı. E.ә. 1 әsrdә Romada bu gәmilәrlә yanaşı, 1 sıra avarlı vә daha çox manevretmә qabiliyyәtinә malik olan liburna kiçik gәmisi yaradılmışdı. Əsas döyüş üsulları taran vә abordaj idi. Sonralar silah kimi gәminin burnunda quraşdırılan, daşları vә yandırıcı mәrmilәri atan maşınlar – ballistalar vә katapultalar istifadә olunurdu. Eramızın 7 әsrindә venesiyalılar Roma liburnasının әsasında avarlı gәminin tәkmillәşdirilmiş növünü – qaleranı yaratmışdılar. Qalera avarlı gәmilәrin digәr növlәrini tәdricәn sıxışdıraraq orta әsrlәrin sonunda әsas döyüş gәmisinә çevrilmişdi. 10–12 әsrlәrdә bir sıra Aralıq dәnizi ölkәsindә, hәmçinin anql-sakslarda, normanlarda, danimarkalılarda yelkәnli gәmilәr meydana gәlmişdi. Avarlı gәmilәrdәn yelkәnli gәmilәrә keçid 17 әsrin ortalarında başa çatmışdı. Yelkәnli gәmilәrin әsas silahı artilleriya idi. 16–17 әsrlәrdә İngiltәrәdә, Fransada, İspaniyada vә Hollandiyada daimi hәrbi donanmalar yaradıldı. 18 әsrin әvvәllәrindә gәmilәr su tutumundan, topların vә ekipajın sayından asılı olaraq siniflәrә vә ranqlara bölünmәyә başladı, eyni zamanda yelkәnli gәmi eskadraları meydana gәldi. 18 әsrin ikinci yarısında iqtisadiyyatın, elm vә texnikanın inkişafı gәmilәrin konstruksiyasının vә silahlanmasının xeyli dәrәcәdә tәkmillәşdirilmәsinә gәtirib çıxardı. Yelkәnli donanma inkişafının әn yüksәk hәddinә çatdı. 19 әsrin әvvәllәri yelkәnli gәmilәrdәn buxar (tәkәrli) gәmilәrinә, 1840-cı illәr isә avar vintli döyüş gәmilәrinә keçid dövrü idi. Sonralar buxar turbinlәrindәn, neft yanacağından istifadә, artilleriyanın tәkmillәşdirilmәsi, radiotexnika vә elektrotexnikanın, aviasiyanın, mina vә torpeda silahlarının inkişafı zirehli gәmi, drednout, linkor, kreyser, mina vә tәyyarә daşıyan gәmi, esmines (eskadra mina gәmisi) vә s.-in yaradılmasına sәbәb oldu. Daxili yanacaqlı vә elektrik mühәrriklәrinin, akkumulyator batareyalarının vә periskopların tәkmillәşdirilmәsi 20 әsrin әvvәllәrindә sualtı qayıqların inşasına şәrait yaratdı. Birinci dünya müharibәsi dövründә yüngül kreyserlәr vә dәniz aviasiyası geniş tәtbiq olundu, esmineslәr özlәrini universal gәmilәr kimi göstәrdi. İkinci dünya müharibәsi gedişindә tәyyarәdaşıyan gәmilәr әsas zәrbә qüvvәsinә çevrildi, dәniz aviasiyası inkişaf etdi, sualtı qayıqların әhәmiyyәti artdı. Müharibәdәnsonrakı dövrdә ballistik raketlәrlә silahlanmış atom sualtı qayıqları yaradıldı, tәyyarәdaşıyan gәmilәr inkişaf etdirildi, qayıq әleyhinә vә desant helikopterdaşıyıcılar, sualtı qanadlı vә hava yastıqlı katerlәr vә s. meydana gәldi. Müasir dövrdә ABŞ, Rusiya, B.Britaniya, Fransa vә Çin HDD-lәri, әsasәn, strateji nüvә qüvvәlәrindәn (atom raketlәri daşıyan su altı qayıqlar), ümumi tәyinatlı qüvvәlәrindәn (tәyyarәdaşıyıcılar, linkorlar, çox hәdәfli sualtı qayıqlar, eskort gәmilәri, atәş dәstәyi gәmilәri, müxtәlif desant gәmilәri vә s.), hәmçinin HDD aviasiyasından vә dәniz piyadasından ibarәtdir. İtaliya, AFR, Kanada, Türkiyә, Norveç, Belçika, Niderland, İsveç, Avstraliya, Argentina, Braziliya, Misir, Hindistan, İsrail, Pakistan, Yaponiya vә digәr ölkәlәrin HDD-nә dizel sualtı qayıqları, suüstü gәmilәr, HDD aviasiyası, dәniz piyadası vә yardımçı gәmilәr daxildir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU