Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRBİ-SİYASİ İTTİFAQ
    HƏRBİ-SİYASİ İTTİFAQ – hәrbi vasitәlәrlә siyasi mәqsәdlәrә çatmaq üçün iki, yaxud bir neçә dövlәtin birlәşmәsi. H.-s.i. uzunmüddәtli vә ya müvәqqәti; açıq müttәfiqlik bәyannamәlәri, yaxud gizli sazişlәr әsasında yaradıla bilәr. H.-s.i. çәrçivәsindә xüsusi rәhbәr orqanlar, ittifaq hәrbi qruplaşmaları, yaxud koalisiya silahlı qüvvәlәri tәşkil olunur. H.-s.i.-ların sәlәflәri tayfa birliklәridir. Feodal pәrakәndәliyi dövründә knyazlıqlar, şәhәrlәr, ruhani-cәngavәr ordenlәri vә digәr siyasi qurumlar H.-s.i.-a daxil olurdular. Hәmin dövrdә xüsusilә Qәrbi Avropada vassalitet geniş yayılmışdı. Mәrkәzlәşdirilmiş dövlәtlәrin formalaşması ilә H.-s.i.-ın daha inkişaf etmiş tәşkilati formaları tәşәkkül tapdı. H.-s.i.-lar, bir qayda olaraq, öncәdәn, müharibәyә hazırlıq kimi yaradılır. Mәs., Almaniya ilә Yaponiya arasında bağlanmış, sonradan İtaliya vә bir sıra digәr ölkәlәrin dә qoşulduğu Antikomintern paktı 2-ci dünya müharibәsini başlayan tәcavüzkar koalisiyanın müqavilә әsasını tәşkil etmişdi. Bәzәn H.-s.i.-lar müharibә gedişindә formalaşır, yaxud genişlәnir (mәs., 2-ci dünya müharibәsinin sonuna yaxın 56 dövlәtin daxil olduğu antihitler koalisiyası). Çoxtәrәfli H.-s.i. çәrçivәsindә ittifaqın ayrı-ayrı üzvlәri arasında xüsusi, daha sıx münasibәtlәr yaranır. Belә ki, Şimali Atlantika Müqavilәsi Tәşkilatı ilә yanaşı Qәrbi Avropa İttifaqı fәaliyyәt göstәrir, ABŞ vә Kanada isә birlәşmiş hava-kosmik müdafiә komandanlığını (NORAD) yaratmışlar. H.-s.i. yalnız öz mәqsәdlәrinә çatandan sonra deyil, hәm dә iştirakçıların dövlәtlәr-arası münasibәtlәrinin gәrginlәşmәsi, hәrbi tәhlükәnin zәiflәmәsi, yaxud xarici tәzyiqlәrin güclәnmәsi, dövlәtlәrin daxili vәziyyәtinin vә ya xarici siyasәt tәmayüllәrinin dәyişmәsi nәticәsindә lәğv oluna bilәr. Mәs., Mәrkәzi Müqavilә Tәşkilatı ciddi daxili ziddiyәtlәrә görә, Varşava Müqavilәsi Tәşkilatı dәrin daxili böhran sәbәbindәn dağılmışdır. İttifaqın üzvü olan dövlәtlәrin rәqib tәrәfә keçmәsi halları da mәlumdur. Mәs., Almaniyanın müttәfiqlәri olmuş Bolqarıstan, Rumıniya, Finlandiya vә digәrlәri 2-ci dünya müharibәsinin sonunda ona qarşı çıxış etmişlәr. Vaxtilә Varşava Müqavilәsi Tәşkilatına daxil olan bir sıra Şәrqi Avropa ölkәsi 20 әsrin sonu – 21 әsrin әvvәllәrindәn NATO-nun üzvüdür. BMT yaradılarkәn onun Nizamnamәsindә dövlәtlәrin yalnız fәrdi deyil, hәm dә kollektiv özünümüdafiә hüququ qeyd olunmuşdur. Bu normaya müvafiq olaraq, dünyanın bir çox regional tәşkilatı öz üzvlәri arasında hәrbi sәylәrin birlәşdirilmәsini vә koordinasiyasını nәzәrdә tutur (mәs., Şimali Atlantika Müqavilәsi Tәşkilatı, Qәrbi Avropa İttifaqı, Kollektiv Tәhlükәsizlik Müqavilәsi Tәşkilatı vә s.). Ərәb Dövlәtlәri Liqası, Amerika Dövlәtlәri Tәşkilatı, Afrika Birliyi Tәşkilatı, Mәrkәzi Amerika Dövlәtlәri Tәşkilatı vә s. bu vә ya digәr dәrәcәdә hәrbi-siyasi әmәkdaşlığı nәzәrdә tutur. 21 әsrin әvvәllәrindә H.-s.i.-lar ilә ayrı-ayrı dövlәtlәrin hәrbi-siyasi әmәkdaşlıq tәcrübәsi formalaşmışdır (mәs., NATO-nun digәr ölkәlәrlә hәrbi-siyasi sahәdә qarşılıqlı fәaliyyәtini müәyyәnlәşdirәn “Sülh naminә tәrәfdaşlıq” proqramı).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU