HƏRBİYYƏ MƏKTƏBİ – Azәrb. Xalq Cümhuriyyәtindә milli zabit kadrlarını hazırlamaq üçün 1919 ildә yaradılmış hәrbi tәhsil müәssisәsi. Piyada, topçu vә istehkamçı şöbәlәrindәn ibarәt mәktәbdә tәhsil müddәti 2 il idi. Mәktәbdә hәrbi fәnlәrlә yanaşı, riyaziyyat, kimya, fizika, coğrafiya, ilahiyyat, Azәrb. dili vә әdәbiyyatı, ümumi tarix, türk xalqlarının tarixi vә s. fәnlәr tәdris olunurdu. Mәktәb sovet hakimiyyәti dövründә dә fәaliyyәtini bir neçә il davam etdirmişdir.










