Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRƏKƏT 
    HƏRƏKƏT (әr.  ) (yun. κίνήσις, lat. motus) – müәyyәn şeyin bir haldan başqa hala keçmәsini nәzәrdә tutan dәyişmәsi. Keyfiyyәt vә kәmiyyәt dәyişmәlәri, mәkan daxilindә vәziyyәtin dәyişmәsi (yerdәyişmә), yaranmanı vә mәhvolmanı ehtiva edәn substansional dәyişmә H.-in növlәridir.
    Antik fәlsәfә. H. anlayışının problematikliyi hәlә Eleya mәktәbinin banisi Parmenid tәrәfindәn formullaşdırılmışdı. O, dәyişmә prosesindә şeyin yoxluq halından varlıq halına keçdiyini vә yoxluq özü mövcud olmadığına görә bunun qeyri-mümkün olduğunu әsas gәtirәrәk, H.-i qeyri-mümkün sayır vә onun mövcudluğunu inkar edirdi. Bundan әlavә, heçlikdәn nә isә yarana bilmәdiyinә görә, varlıq nә yaranır, nә dә mәhv olur, o, tam şәkildә indiki halında mövcuddur. Əgәr H. mövcud şeylәrә aid olsaydı, mövcudluğunun hәr anında bütövlükdә verilmiş olardı, yәni başlamağa imkan tapmamış hәmin anda bitәrdi. Parmenidin şagirdi Zenon Eleyalı Zenon aporilәri adını almış arqumentlәr irәli sürmüş vә sübut etmәyә çalışmışdır ki, H.-i zәrurәtә görә dәrk etmәk cәhdlәrinin hamısı uğursuz nәticәlәndiyindәn, H. dәrk olunmazdır vә mövcud deyil. Heraklit vә onun mәktәbi isә, әksinә, hesab edirdilәr ki, “hәr şey hәrәkәtdir vә hәrәkәtdәn başqa heç nә yoxdur”: bizi istәnilәn şeyin mövcudluğuna onun H.-i әmin edir, sükunәt isә hәr şeyi hәrәkәtsiz vә ölü edir. Bundan әlavә, şey onu kimin qavramasından asılı olaraq, müxtәlif sәciyyәlәr qazanır; ölçü, rәng, dad vә şeyin hissi qavranılan digәr xassәlәri öz-özlüyündә ona mәxsus deyil, yalnız duyğu prosesindә meydana gәlir, duyğu isә duyğu orqanlarını onlara müvafiq gәlәn predmetә yaxınlaşdıran H.-dir. Varlığın hәm sükunәt içindә, hәm dә H.-dә olduğunu göstәrәn Platon yuxarıdakı hәr iki mövqeyi tәnqid etmişdir. Əgәr varlıq hәrәkәtsizdirsә, demәli o, dәrkedilmәzdir, çünki dәrk etmәk vә dәrk olunmaq fәaliyyәt göstәrmәk vә tәsirә mәruz qalmaq demәkdir; fәaliyyәt vә iztirab mahiyyәtcә H.-in növlәridir. Əgәr varlıq dәrkolunandırsa, demәli, zәruri olaraq H.-dәdir. Digәr tәrәfdәn, әgәr varlıq yalnız H. halında olsaydı vә heç vaxt sükunәtdә olmasaydı, bu halda da o, dәrk olunmazdı, çünki bilik müәyyәn sabitlik halı ilә şәrtlәnir, şeylәr daim dәyişirsә, onlar haqqında bilik әldә etmәk mümkün deyil (“Sofist”). Eyni zamanda, hәrәkәtdә olan vә baş verәn bütün dәyişikliklәr müddәtindә dәyişmәz qalan obyekt olmadan H. mövcud ola bilmәzdi. H.-i yoxluqdan varlığa keçid kimi әsaslandıran Platon yoxluğu varlığın başqa forması kimi anlamağı tәklif etmişdir: bu zaman H. Bir cür mövcudolandan başqa cür mövcud olana keçiddir. Aristotelin tәtbiq etdiyi imkan vә gerçәklik anlayışları H.-i ilk dәfә olaraq “H. imkan halında olanın gerçәkliyidir (entelexiya), çünki o, mümkündür” şәklindә mü - әyyәnlәşdirmәyә imkan verdi (“Fizika”). Hәr cür H. burada mәqsәdәuyğun sayılır vә onun mәqsәdi hәrәkәtdә olanın (substrat-materiya) özündә imkan şәklindә daşıdığı hәmin o gerçәklikdir (forma). Aristotel materiyaya forma verәni vә şeyi onunla bilavasitә tәmas yolu ilә hәrәkәt etmәyә mәcbur edәni dörd sәbәbdәn biri kimi ayırmış, onu “hәrәkәtlәndirici”, yaxud “hәrәkәtverici” adlandırmışdır. Tәbiәt şeylәri üçün belә hәrәkәtverici tәbiәtdir, buna görә tәbiәt haqqında elm (fizika) Aristoteldә H. haqqında, onun növlәri, şәrtlәri, qanunları vә sәbәblәri haqqında tәlim kimi nәzәrdәn keçirilir. Aristotel yaranma vә mәhvolmanı, cisimlәrin keyfiyyәt vә kәmiyyәt dәyişikliklәrini, onların mәkan daxilindә yer dәyişmәsini tәbii H.-in növlәri hesab edirdi. O, H.-in digәrlәrinә bәrabәrlәşdirilmәyәn birinci növü kimi mәkani H.-i, mәkani H.-lәrdәn isә dairәvi H.-i xüsusi vurğulayırdı, çünki yalnız dairәvi H. fasilәsiz olaraq sonsuz davam edә bilәr; alәmin ilk tәkanvericisi әbәdi vә tәk varlıq olduğu üçün onun doğurduğu ilk H. dә fasilәsiz vә әbәdi olmalıdır. Aristotel sonsuz düzxәtli H.-in qeyri-mümkünlüyünü alәmin sonlu olması vә dünyada elә tәbiәt yerlәrinin olması ilә әsaslandırırdı ki, cisimlәr ora çatanda zәruri olaraq dayanırlar. Filosof mәkan vә zamanı H.-in mövcudluğunun zәruri şәrtlәri hesab edirdi.
    Müsәlman Şәrqindә H. hәm nücum vә riyaziyyat kimi dәqiq elmlәrdә, hәm dә fәlsәfә vә kәlam elmlәrindә öyrәnilirdi. H. vә sükunәti (“sükun”) aksidensiya (“әrәz”) kimi nәzәrdәn keçirәn әksәr mütәkәllimlәr (kәlam alimlәri) fiziki H.-ә belә tәrif verirdilәr: H. cisim ikinci anda birinci andakından fәrqli bir mәkanda olduğu halda ikinci anda hәmin cisimdә әmәlә gәlәn aksidensiyadır, yaxud qısa olaraq, H. iki anda iki mәkanda olmaqdır. H. vә sükunәtin aksidensiya hesab olunması ilә bağlı meydana gәlәn mühüm problemlәrdәn biri yaradılış prosesindә substansiyanın (“cövhәr”) H.-dә, yoxsa sükunәtdә olması idi. Əbu Əli Cübbai, Əbu Haşim, Qazı Əbdülcәbbar, Əşәri vә b. cisimlәrin özündәn qabaq heç bir mәkanın olmadığı mәkanda peyda olmasını irәli sürәrәk, cisimlәri yaradılışda sükunәt halında tәsәvvür edirdilәr. Sükunәti ümumiyyәtlә inkar edәn Nәzzam isә bunu “etimad (dayaqlanma) H.-i” ilә izah edirdi. H. vә mövcudluq (“kövn”) eynidir. Bütün H.-lәr cismin mәkana dayaqlanmasından ibarәtdir. Mәkanda yerdәyişmәsi olan cisimlәrin H.-i “intiqal” (yerdәyişmә), yerdәyişmәsi olmayan cisimlәrin H.-i isә “etimad” H.-idir. Kәlamda aksidensiyaların әbәdiliyi problemi öz növbәsindә H. vә sükunәtә dә şamil olunurdu. Əşәriyyә sistemindә aksidensiyanın (o cümlәdәn H. vә sükunәtin) bir andan artıq mövcudluğu inkar olunurdu. Əbül-Hüzeyl Əllaf, Əbül-Qasim Bәlxi kimi әksәr mötәzilә ardıcılları әşәriyyә ilә razılaşsa da, Əbu Haşim H.-i әbәdi hesab edirdi. Mәkan vә zamanla bütöv bir tam tәşkil edәn H.-in “bu anda”, “indi” baş verdiyini vә bölünmәzliyini irәli sürәn mütәkәllimlәr H. konsepsiyasını atomist nәzәriyyә ilә birlәşdirәrәk islam filosoflarından ayrılırdılar. Onlar filosoflardan fәrqli olaraq, H.-i ayrıca kateqoriya kimi deyil, mәkan kateqoriyası daxilindә öyrәnirdilәr. Boşluğu qәbul etmәyәn vә mәkanda H.-i cisimlәrin yerdәyişmәsi kimi sәciyyәlәndirәn aristotelçilәrin әksinә olaraq, mütәkәllimlәr boşluğu H.-in zәruri şәrti sayırdılar: “әgәr bir cismin H.-i başqa cismin öz yerini tәrk etmәsiylә mümkün olsaydı, bir qarışqanın H.-i ilә bütün cisimlәr alәminin H. etmәsi lazım gәlәrdi” (Fәxrәddin Razi,Kitabül-әrbәin”). Müsәlman Şәrqindә H. anlayışı tәbiәt fәlsәfәsinin әsasını tәşkil etmiş, Kindi fizika vә metafizikanı “H. edәnin elmi” vә “H. etmәyәnin elmi” kimi sәciyyәlәndirmişdir. Aristotelin H. haqqında “imkandan gerçәkliyә (“qüvvәdәn feilә”) keçid” tәrifini qәbul edәn islam filosofları onu ani vә tәdrici keçidә ayıraraq, yalnız tәdrici keçidi H. hesab edirdilәr (“kövn” – yaranma vә “fәsad” – mәhvolma kimi ani keçidlәrdәn fәrqli olaraq). İbn Sina “ilkin” vә “ikinci gerçәklәşmә” anlayışlarını (Yәhya ibn Ədidә “natamam” vә “tam gerçәklәşmә”) ayırır, Aristotelin “H. imkan halında olanın gerçәklәşmәsidir, çünki o mümkündür” tәrifinә “ilkin gerçәklәşmә” anlayışını әlavә edirdi. Belә ki, bir nöqtәdәn digәrinә keçid halında H. mәhz keçid prosesinin özüdür (yәni ilkin gerçәklәşmә prosesidir); ikinci gerçәklәşmәdә isә imkan tamamilә aradan qalxır vә sırf gerçәklik hasil olmuş olur. Belәliklә, bütün anları bütöv bir tam şәklindә götürülәn “qәti H.”-in zahiri mövcudluğunu inkar edәn İbn Sina H. dedikdә “tәvәssüti H.”-i (ardıcıl ayrı-ayrı mәkanlarda anbaan baş verәn “vasitәli H.”) qәbul edirdi. Özünün irәli sürdüyü kateqoriyalar tәsnifatında substansiya, kәmiyyәt, keyfiyyәt vә nisbәtlә yanaşı H.-ә dә ayrıca yer verәn Sührәvәrdi onu müstәqil aksidensiya kimi ayırırdı. H.-in tәrifindә onun tәdriciliyini vurğulamağı tәklif edәn Əbülbәrәkat peripatetiklәrin “H. olmadığı halda zaman da yoxdur” ideyasını rәdd edәrәk, zamanın hәrәkәtdәn öncә gәldiyini irәli sürürdü. İbn Sinanın әksinә olaraq, qәti H.-in tәkcә zehni deyil, hәm dә zahiri mövcudluğunu qәbul edәn Molla Sәdra H.-ә atomistik yanaşmadakı şübhәlәri aradan qaldırmaq, eyni zamanda H.-in bütövlüyü anlayışını qoruyub saxlamaq üçün onu belә formullaşdırırdı: “hәdd”in olması vә o hәddә çatma “tәvәssüti H.”-ә, çatma prosesinin ayrılmazlığı isә “qәti H.”-ә dәlalәt edir. O, hәm dә Sührәvәrdinin H.-i mahiyyәtә aid etmәsi ilә razılaşmayaraq, onu vücudla bağlayırdı. Sәdra Qәrb vә Şәrq peripatetiklәrinin aksidensiya H.-i nәzәriyyәlәrinә qarşı Şәrq fәlsәfi fikrindә dönüş yaratmış “cövhәri H.” (substansiyanın H.-i) nәzәriyyәsini işlәyib hazırlamış, yaradılışı onunla müfәssәl izah etmişdir. İslam fәlsәfәsindә H. onun 6 elementi әsasında öyrәnilirdi: hәrәkәtverici, hәrәkәt edәn, başlanğıc vә son, mәkan vә zaman. Farabi vә İbn Sina Aristotelin ilkin hәrәkәt vericinin özünün H.-siz olması fikrini tәnqid edir, onu islamdakı Allah anlayışı vә platonizmә xas emanasiya anlayışı ilә uzlaşdıraraq Yaradıcı qüvvәnin varlığını sübut edirdilәr. Hәrәkәtverici baxımından 3 cür H. fәrqlәndirilirdi: sәbәbi daxildә olan tәbii vә iradi H., sәbәbi kәnarda olan qәsri (mәcburi) H. İbn Sina qәsri H.-in izahında peripatetizm üçün yeni olan “meyil nәzәriyyә”sini işlәyib hazırlamışdır. Bu nәzәriyyәyә görә, cismi tәbii mәkanına yönәldәn tәbii meyil ona kәnardan verilәn qәsri meyillә tәrs mütәnasibdir. Atma vә itәlәmә H.-lәrinә dair hәm Platonun, hәm dә Aristotelin baxışını tәnqid edәn İbn Sina bunu hava sürtünmәsi ilә qәsri meylin azalması vә tәbii meylin artaraq cismi tәbii mәkanında saxlaması kimi şәrh edirdi. Sonralar Əbülbәrәkat bu nәzәriyyәyә müasir dinamikadakı tәcil qanununa yaxın olan fikirlәr dә әlavә etmişdir.
    Orta әsrlәr Avropa fәlsәfәsi Aristotelin H. haqqında tәlimini öyrәnmәyә davam edirdi. H.-in cismin müxtәlif hallarının әvәzlәnmәsinә sәbәb olan xüsusi gerçәklik forması, yaxud H. edәn cismin öz son mәqsәdinә çatana qәdәr ona şamil edilәn predikatı olması әsas mübahisә predmeti idi. Foma Akvinalıya görә, H.-in fasilәsizliyi sәbәbindәn H. edәn cismin hazırkı halı eyni zamanda keçmişә vә gәlәcәyә dә mәxsusdur, belәliklә o, bütün әvvәlki halların gerçәkliyi vә bütün sonrakı halların mümkünlüyüdür. Bunun әksinә, U.Okkam H.-i gerçәkliyin xüsusi forması kimi görmәkdәn imtina edir vә hesab edirdi ki, “hәrәkәt” sözü konnotativ termin olub, keyfiyyәtcә müәyyәn cismi, eyni zamanda cisimdә hazırki anda mövcud olan müәyyәnliyi, hәlә nail olunmamış, yaxud artıq mövcud olmuş hәr hansı digәr müәyyәnliyin inkarı kimi qәbul edәn ağıl aktını bildirir. Paris un-tinin filosofları Nikolay Otrekurlu, J.Buridan, Nikolay Orem vә b. Okkamın ideyalarının tәsiri altında Aristotelin H. Nәzәriyyәsinin bir sıra müddәalarını yenidәn nәzәrdәn keçirdilәr, xüsusilә, atılmış cismin H.-inin izahını (Aristotelә görә, atma H.-i qeyri-tәbii olub, hәrәkәtverici qüvvәnin cismә tәsirinin bitmәsindәn sonra hәrәkәtә gәtirilmiş havanın ona tәsiri nәticәsindә davam edir) tәnqid etdilәr. Bu izahı rәdd edәn Paris mәktәbi alimlәri 6-cı әsrdә İohann Filonun işlәyib hazırladığı “impetus” nәzәriyyәsini qәbul etdilәr. Bu nәzәriyyәyә әsasәn, hәrәkәtverәn hәrәkәtedәn cismә “impetus” adlandırılan hәrәkәtverici qüvvәni (virtus motiva) ötürür, sanki onda hәmin qüvvәni tәsbit edir vә nәticәdә cisim hәrәkәtverәndәn ayrılandan sonra da müstәqil şәkildә hәrәkәtinә davam edir. “İmpetus”un doğurduğu H. qeyri-tәbii olduğundan, hansısa mümkün olanın aktuallaşması prosesi kimi nәzәrdәn keçirilә bilmәz, o, cismin immanent keyfiyyәti, yaxud halı (cismin daxilindәki istilik, yaxud rәng kimi) kimi düşünülür vә mühitin müqavimәt qüvvәsi hesabına “impetus” zәiflәyәnә qәdәr qorunub saxlanır. Buradan belә nәticәyә gәlinir ki, cisim boşluqdakı H. kimi heç bir xarici müqavimәtә rast gәlmәsә, onun “impetus”u dәyişmәz qalacaq vә H. әbәdi davam edәcәk (әtalәt qanununu qabaqlayan vә sonralar klassik mexanikanın әsasını tәşkil edәn fikir). Aristotel konsepsiyasından radikal imtina yalnız Nikolay Kuzalı tәrәfindәn sonsuz Kainat haqqında tәsәvvürlәrin inkişaf etdiril mәsindәn sonra baş verdi; bu tәsәvvürlәrә görә, Kainatın nә sabit mәrkәzi, nә dә xarici sәrhәdi vardır. Nәticәdә sonlu cisimlәrin düzxәtli sonsuz H.-i perspektivi açıldı ki, bu da yalnız dairәvi H.-in әbәdi vә fasilәsiz ola bilәcәyi haqqında Aristotel fikrini tәkzib edirdi. “Mәrkәzin hәr yerdә olduğu, sәrhәdin isә heç yerdә olmadığı” alәmdә hәr bir H. vә sükunәt nisbilәşirdi, odur ki, artıq nә Yeri, nә dә hәr hansı digәr cismi mütlәq hәrәkәtsiz qәbul etmәk olardı.
    Yeni Avropada H. konsepsiyaları riyazi tәbiyyatşünaslıqda inkişaf etmәyә başladı. Q.Qaliley hamar şarın hamar sәth üzәrindә yerdәyişmәsini öyrәnәrkәn, bu nәticәyә gәldi ki, bir dәfә H. halına gәtirilmiş cismin H.-ini davam etdirmәsi üçün xarici, yaxud daxili qüvvәnin (“impetus”) tәsirinә ehtiyacı yoxdur, ona görә müqavimәt olmadıqca cismin eyni sürәtlә vә eyni istiqamәtdә sonsuz müddәtә H.-i davam edәcәk. Sonralar әtalәt qanunu adını almış bu nәticә sayәsindә H. şeyin ona xas olan yerdә öz yekun formasını alma prosesi kimi deyil, cisim üçün sükunәt halı kimi tәbii olan vә izaha bir o qәdәr ehtiyacı olmayan vәziyyәt, hal, akt kimi anlaşılmağa başladı. Nәticәdә H.-in mahiyyәti haqqında mәsәlә öz aktuallığını itirәrәk, onun necә baş vermәsi haqqında mәsәlә ilә әvәzlәndi. Riyaziyyat dili H.-in tәsviri üçün universal dilә çevrildi. Qaliley ölçüyә vә kütlәyә malik cismin sıx mühitdә real yerdәyişmәsini onun riyazi idealizasiyası – maddi nöqtәnin vakuumda yerdәyişmәsi ilә әvәzlәdi. Onun kәşf etdiyi cisimlәrin sәrbәstdüşmә qanununa әsasәn sürәt, zaman vә keçilmiş mәsafә riyazi ölçülәr şәklindә üzә çıxdı, vahid H. Prosesi isә bir-biri ilә müәyyәn riyazi funksiya vasitәsilә birmәnalı uyğunluqla bağlı olan mәkan vә zaman komponentlәrinә bölündü. Bu riyazi qanun H.-i әvvәldәn axıradәk müәyyәn bütöv şәklindә düşünmәyә imkan verir vә yeni fizikada Aristotelin H. konsepsiyasını әvәzlәyirdi. Q.Qalileyin hәyata keçirdiyi H.-in riyazilәşdirilmәsi proqramını R.Dekart nәzәri cәhәtdәn әsaslandırmışdır. Fiziki varlığı materiyaya, materiyanı isә xalis ölçüyә müncәr edәn Dekart sübut edirdi ki, tәbiәtdә H.-in yeganә növü “cismin bir yerdәn başqa yerә yerdәyişmәsidir” (“Fәlsәfәnin başlanğıcı”) vә o, mәkan koordinat sisteminin tәtbiqi vasitәsilә riyazi olaraq mәkanın müәyyәn bir nöqtәsindәn digәrinә keçid kimi tәsәvvür edilә bilәr. Mәkanı hәrәkәtdә olan materiya ilә eynilәşdirәn Dekart dünyada mütlәq hesablama sisteminin olmaması vә istәnilәn H.-in nisbiliyi nәticәsinә gәlirdi: әgәr materiyanın bir hissәciyi digәrinә doğru H. edirsә, o zaman eynilә ikincinin dә birinciyә doğru H. etdiyini iddia etmәk mümkündür. Ona görә eyni bir şey hәm H.-dә, hәm dә sükunәtdәdir – hәr şey bizim ona hansı cismә nәzәrәn baxmağımızdan asılıdır. H.-in bu cür relyativlәşdirilmәsinә qarşı çıxan İ.Nyuton hәqiqi H.-i yalançı, yaxud nisbi H.-dәn ayırmağı zәruri hesab edirdi. Bunun üçün o, hәqiqi H.-lәr üçün mütlәq hesablama sistemi kimi çıxış edә bilәcәk hәrәkәtsiz vә materiyadan asılı olmayan mәkan anlayışını, hәmçinin qüvvә anlayışını tәtbiq etdi: әgәr cisim müәyyәn qüvvәnin tәsiri altında H. edirsә, hәqiqi H., belә tәsir olmadıqda isә xәyali H. baş verir. Nyutona görә, Günәşin cazibә qüvvәsinin tәsiri ilә planetlәrin hәrәkәti hәqiqi H.-ә, Günәşin yerdәki müşahidәçiyә nәzәrәn yerdәyişmәsi isә xәyali H.-ә nümunәdir. Nyuton dünyada fәaliyyәt göstәrәn qüvvәlәrin (Nyutona görә, qüvvә cisimdә olan H.-in kәmiyyәtinin dәyişmә ölçüsüdür; o, bu dәyişikliyin niyә vә necә baş vermәsini, cismin öz başlanğıc impulsunu haradan әldә etmәsini izah etmir) tәbiәtini izah etmәkdәn imtina edәrәk, bir çox müasirlәri kimi, kainatdakı H.-in ilkin sәbәbi qismindә Allahın fövqәltәbii müdaxilәsini mümkün hesab edirdi. Eynşteynin nisbilik nәzәriyyәsi meydana gәldikdәn vә mütlәq mәkan ideyasından imtina edildikdәn sonra elm yenidәn istәnilәn H.-in nisbi olması haqqında tәsәvvürә qayıtdı. Lakin bu nisbilik eyni zamanda zaman vә mәkana da şamil edilmәklә, daha radikal anlaşılmağa başladı. Kvant mexanikasında H. daha mühüm dәyişikliklәrә mәruz qaldı. V.Heyzenberqin qeyri-müәyyәnlik prinsipinә görә, elementar hissәciklәrinnә sürәtindәn, nә dә trayektoriyasından danışmaq mümkündür. Zamanın konkret anında hissәciyin mәkanda yerlәşmәsini yalnız müәyyәn dәrәcәdә ehtimalla müәyyәnlәşdirmәk olur ki, nәticәdә klassik mexanikada H.-i sәciyyәlәndirәn dinamik ölçülәri bu vә ya digәr kvant obyektinin koordinatlarının ehtimali paylanmasını tәsvir edәn dalğalı funksiya әvәzlәyir. Belәliklә, müasir fizika klassik mexanika üçün sәciyyәvi olan maddi nöqtәnin bir yerdәn başqa yerә keçmәsindәn ibarәt H. konsepsiyasından H.-in zaman-mәkan kontinuumunda qarşılıqlı fәaliyyәtdә olan hissәciklәr arasındakı enerji mübadilәsindәn yaranan hadisә kimi anlaşılmasına keçir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU