HƏRƏKƏT HİSSƏLƏRİ, g e d i ş h i s s ә l ә r i – nәqliyyat maşınlarında şassi elementlәri toplusu; maşının hәrәkәtini tәmin edir. Mәs., avtomobilin H.h.-nә çәrçivә, körpülәr, asqı vә tәkәrlәr (şinlәrlә) daxildir. H.h.-nin çәrçivәsi kuza, kabinә vә digәr qovşaqları birlәşdirir. Bir çox maşınlarda H.h. şassi adlanır.










