Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRƏKƏTDƏ OLAN MÜHİTLƏRİN ELEKTRODİNAMİKASI
    HƏRƏKƏTDƏ OLAN MÜHİTLƏRİN ELEKTRODİNAMİKASIelektrodinamikanın bölmәsi; hәrәkәtdә olan maddi mühitlәrdә baş verәn elektromaqnit hadisәlәr, o cümlәdәn elektromaqnit dalğalarının yayılması qanunları öyrәnilir. H.o.m.e.-na hәrәkәtdә olan mühitlәrin optikası da daxildir vә bu bölmәdә hәrәkәtdә olan mühitlәrdә işığın yayılması tәdqiq edilir. 20-ci әsrә qәdәr H.o.m.e.-na aid kifayәt qәdәr eksperimental material toplansa da, onun tam izahı A.Eynşteynin xüsusi nisbilik nәzәriyyәsi yarandıqdan (1905) sonra mümkün olmuşdur. Alman alimi H.Minkovski 1908 ildә göstәrdi ki, Eynşteynin nisbilik prinsipini nәzәrә aldıqda sükunәtdә olan mühitlәr üçün Maksvell tәnliklәri hәrәkәt edәn mühitlәrdә elektromaqnit sahәsini birqiymәtli tәyin edir vә hәrәkәt edәn (sabit υ sürәti ilә) mühitdәki sahәyә aid tәnliklәr sükunәtdә olan mühitә aid Maksvell tәnliklәri ilә üst-üstә düşür. Lakin elektrik (D) vә maqnit (B) sahәlәrinin induksiyası ilә elektrik (E) vә maqnit (H) sahәlәrinin intensivliyini әlaqәlәndirәn m a d d i t ә n l i k l ә r hәrәkәtdә olan mühitlәr üçün fәrqlidir:
     
    burada c – işığın vakuumdakı sürәti, ε vә μ – uyğun olaraq, mühitin dielektrik vә maqnit nüfuzluğudur. Maksvell tәnliklәri, yuxarıdakı düsturlarla ifadә olunan maddi tәnliklәrlә birlikdә, hәrәkәtedәn mühitlәrdә baş verәn elektromaqnit hadisәlәrinә aid bütün eksperimentlәrin nәticәlәrini izah etmәyә imkan verir. Hәrәkәtdә olan mühitdә elektromaqnit dalğalarının faza sürәti mühitin hәrәkәt sürәtindәn asılıdır. Bu, Fizo tәcrübәsindә tәsdiq olunmuşdur. Əgәr elektromaqnit dalğası hәrәkәt edәn iki mühiti ayıran sәrhәdә düşәrsә, sükunәtdә olan sәrhәd halında olduğu kimi, qismәn qayıdır, qismәn dә sınaraq sәrhәdi keçir. Lakin sәrhәdin hәrәkәt etmәsi bәzi yeni fiziki effektlәrin yaranmasına sәbәb olur: düşmә bucağı qayıtma bucağına bәrabәr olmur; üç dalğanın (düşәn, qayıdan vә sınan) hәr birinin tezliyi müxtәlif olur; sәrhәdin sürәtinin müәyyәn qiymәtlәrindә düşәn şüa qayıtmaya bilәr, lakin müxtәlif tezliklәrә malik iki sınan dalğa şәklindә sәrhәddәn keçәr vә s. Ümumi halda mühitlәrarası sәrhәd ideal qaytarıcı olmur vә ona görә dә düşәn vә qayıdan dalğalardan başqasınan dalğa da olur. Bundan әlavә, ayırıcı sәrhәd dә, sәrhәdә söykәnәn mühitlәr dә, müxtәlif sürәtlәrlә hәrәkәt edә bilәr. Əgәr sәrhәdin hәr iki tәrәfindәki mühitlәrin hәrәkәt sürәtlәri ayırıcı sәthә paraleldirsә, qayıdan dalğaların polyarlaşma müstәvisi dönür vә dönmә bucağı sәrhәd mühitlәrinin nisbi hәrәkәt sürәtinә mütәnasib olur. Sükunәt dә olan mühitlәrdә olduğu kimi, hәrәkәtdә olan mühitlәrdә dә elektromaqnit dalğalarının şüalanmasına sәbәb elektrik yüklәri vә elektrik cәrәyanlarıdır. Lakin hәrәkәtdә olan mühitdә yerlәşәn mәnbәdәn şüalandırılan elektromaqnit dalğalarının yayılma xüsusiyyәtlәri sükunәtdә olan mühitdә yayılan analoji dalğaların xarakterindәn kifayәt dәrәcәdә fәrqlәnir. Fәrz edәk ki, hәrәkәtdә olan mühitin hәr hansı bir kiçik oblastında şüalanma müddәti az olan bir mәnbә var. Əgәr mühit sükunәtdә olsaydı, şüalama sahәsi bütün istiqamәtlәrdә işıq sürәti ilә yayılardı vә bütün şüalanma sahәsi sferik sәthin yaxınlığında lokallaşaraq sferik dalğa cәbhәsi yaradardı. Mühitin hәrәkәti nәticәsindә işığın sürәti müxtәlif istiqamәtlәrdә fәrqli qiymәtlәr alır vә buna görә dә şüalanma sәthi artıq sfera olmur. Hesablamalar göstәrir ki, bu sәth, simmetriya oxu hәrәkәtdә olan mühit istiqamәtinә yönәlmiş fırlanma ellipsoidi şәklini alır. Ellipsoidin yarımoxları zamana görә xәtti uzanır, elliptik sәthin mәrkәzi isә mühitin hәrәkәt sürәtinә paralel olaraq yerini dәyişir, yәni şüalanma sәthi genişlәnmәklә yanaşı, hәrәkәtdә olan mühitin axını tәrәfindәn “aparılır” (mühit tәrәfindәn “sövq edilir”). Əgәr mühitin hәrәkәt sürәti çox da böyük deyilsә, şüalanma mәnbәyi bu ellipsoidal sәthin daxilindә qalır. Əgәr mühitin hәrәkәt sürәti işığın faza sürәtindәn böyükdürsә, dalğa sәthi mühit tәrәfindәn elә güclü “sövq edilir” ki, şüalanma mәnbәyi bu sәthdәn geridә qalır. Hәrәkәtdә olan mühitdә şüanın yayılmasını nәzәrdәn keçirәrkәn, fәrz edilirdi ki, şüanın mәnbәyi bu mühitә nisbәtәn sükunәtdәdir. Əgәr mәnbә hәrәkәt edәrsә, onun şüalanma sahәsi, sükunәtdә olan mühitdәki kimi, özünün hәrәkәt trayektoriyası boyu hәr nöqtәdә buraxdığı dalğaların interferensiyası ilә tәyin olunacaq. Sükunәtdә olan izotrop mühitdәn fәrqi ondadır ki, hәrәkәtdә olan mühitdә “sövqetmә” effekti nәticәsindә dalğaların yayılma sürәti istiqamәtdәn asılı olaraq müxtәlif olur. Güclü cәrәyanlar vә plazma sürәtlәndiricilәrinin kömәyi ilә relyativist sürәtlәrlә hәrәkәtedәn vә böyük sıxlığa malik yüklü zәrrәciklәr alındıqdan sonra H.o.m.e.-na maraq daha da artmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU