HƏRƏKƏTDƏ OLAN MÜHİTLƏRİN OPTİKASI – hәrәkәtdә olan mühitlәrdә vә ya mühitdә hәrәkәt edәn cisimlәrdә işığın yayılması hadisәsi. Vahid fiziki pozisiyadan bu hadisәnin birqiymәtli izahı yalnız xüsusi nisbilik nәzәriyyәsi (A.Eynşteyn, 1905) yarandıqdan vә onun prinsiplәrinin müntәzәm hәrәkәtedәn mühitlәrdә elektromaqnit hadisәlәrinin tәsvirinә vә izahına tәtbiqindәn sonra mümkün oldu. Fırlanan sistemlәrdә optik hadisәlәr (mәs., Sanyak tәcrübәsi) lokal inersial hesablama sistemindәn istifadә etmәklә Eynşteynin ümumi nisbilik nәzәriyyәsi (1916) әsasında tәsvir edilir. H.o.m.o.-nın әsas tәnliklәri Maksvell tәnliklәri vә dispersiya tәnliyidir. Bax hәmçinin Hәrәkәtdә olan mühitlәrin elektrodinamikası.










