HƏRƏM (әr.
– qadağan olunmuş, toxunulmaz) – 1) müqәddәs mәkan vә onun әtraf әrazisi. Əsasәn, Kәbә vә onun әtrafındakı müәyyәn әrazini ifadә edir. H.-in sәrhәdlәrini ilk dәfә İbrahim peyğәmbәr işarәlәmiş, tarix boyu bu işarәlәr dәfәlәrlә yenilәnmişdir. Hazırda H.-in sәrhәdlәri boyu onun әrazisini göstәrәn daş lövhәlәr quraşdırılmışdır. Quranda H. әmin bir yer kimi tәsvir olunur (3:97, 28:57, 29:67). İslamdan әvvәl hәniflәrlә yanaşı, bütpәrәstlәr, yәhudilәr vә xristianlar da H. әrazisinә xüsusi ehtiramla yanaşır, orada qan tökmәkdәn vә qisas almaqdan çәkinirdilәr. H. daxilindә әdәb vә davranış normaları fiqhlә müәyyәnlәşdirilir; orada vuruşmaq, qisas almaq, silah gәzdirmәk, ov etmәk, heyvan öldürmәk (zәrәrvericilәr istisna olmaqla), bitkilәri (yemәli bitkilәr istisna olmaqla) qırmaq vә s. qadağandır. Mә hәmmәd peyğәmbәrin mәzarının yerlәşdiyi “Peyğәmbәr mәscidi” (“Əl-Mәscid әn-nәbәvi”, Mәdinә) vә imamların mәzarları da H. adlandırılır. Mәkkә vә Mәdinә şәhәrlәri birlikdә “Hәrәmeyn” (әr. – iki H.) kimi mәşhurdur. Hәrәmeyn tarix boyu hәm dini-mәdәni, hәm dә siyasi cәhәtdәn mühüm mәrkәz olduğuna görә onun idarәsi dövlәtin müsәlman dünyasında nüfuz göstәricisi olmuşdur. 2) Müsәlman ölkәlәrindә evlәrdә vә hökmdar saraylarında qadınlar üçün ayrılan hissә. Şәxsi evlәrdә H.-in ölçüsü vә şәraiti ailә başçısının sosial mövqeyindәn vә imkanından asılı olaraq dәyişirdi. İlk saray H.-i Əmәvilәr dövründә yaradılmış, sonrakı dövlәtlәrdә әnәnә halını almışdır. “H.” sözü bәzәn dar mәnada ailә sözünün sinonimi kimi işlәnir.










