HƏRƏMİ – Azәrb. Resp.-nda palçıq vulkanları. Hacıqabul r-nu әrazisindә, Böyük Hәrәmi vә Kiçik Hәrәmi silsilәlәrindәdir. B ö y ü k H ә r ә m i vulkanının krater sahәsindә 200-dәn çox sopka vә qrifon var. İntensiv surәtdә qaz, su, palçıq vә neft çıxır. K i ç i k H ә r ә m i vulkanının krater çölü sahәsi sönmüş sopka vә qrifonlarla zәngindir. Sonuncu püskürmә 1912 ildә olmuşdur.










