HƏRF (әr.
) – ayrı-ayrı fonemlәri, onların әsas variantlarını vә fonem qruplarını yazıda әks etdirәn qrafik işarә. Bir sıra әlifbalarda hәr H. bir sәsi bildirir; mәs., “ata” sözündәki “a” H.-i eyniadlı fonemin işarәsidir. Lakin bәzәn bir H. sәs birlәşmәsini (mәs., rusca ю–y+u; ing. x–k+s), yaxud әksinә, hәrf birlәşmәsi bir sәsi (mәs., alm. sch–ş, fr. eau–o) ifadә edir. Eyni bir H. müxtәlif sәslәri әks etdirә bilir; mәs., “k” H.-i “kәnd” vә “kosmos” sözlәrindә müxtәlif sәslәri bildirir. Sәs ifadә etmәyәn H.-lәr dә (mәs., rus әlifbasındakı ь, ъ) var. H.-in orfoqrafik (mәs., sәtri vә baş H.) vә kalliqrafik (mәs., çap vә әlyazma) variantları fәrqlәndirilir. Hәr bir H. (variantları ilә birgә) bu vә ya digәr dillәrin әlifbalarında müәyyәn yer tutur.ayrı-ayrı fonemlәri, onların әsas variantlarını vә fonem qruplarını yazıda әks etdirәn qrafik işarә. Bir sıra әlifbalarda hәr H. bir sәsi bildirir; mәs., “ata” sözündәki “a” H.-i eyniadlı fonemin işarәsidir. Lakin bәzәn bir H. sәs birlәşmәsini (mәs., rusca ю–y+u; ing. x–k+s), yaxud, әksinә, H. birlәşmәsi bir sәsi (mәs., alm. sch–ş, fran. eau–o) ifadә edir. Eyni bir H. müxtәlif sәslәri әks etdirә bilir; mәs., “k” H.-i “kәnd” vә “kosmos” sözlәrindә müxtәlif sәslәri bildirir. Sәs ifadә etmәyәn H.-lәr dә (mәs., rus әlifbasındakı ь, ъ) var. H.-in orfoqrafik (mәs., sәtri vә baş H.) vә kalliqrafik (mәs., çap vә әlyazma) variantları fәrqlәndirilir. Hәr bir H. (variantları ilә birgә) bu vә ya digәr dillәrin әlifbalarında müәyyәn yer tutur.










