HƏRTİZ – Azәrb. Resp. Qubadlı r-nunun Fәrcan ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 8 km c.-da, dağәtәyi әrazidәdir. Əh. 32 (2020); işğaldan (1993, avqust) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 25 oktyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










