HƏSƏN ƏL-BƏSRİ (
) Ə b u S ә i d i b n Ə b ü l - H ә s ә n Y ә s a r (642, Mәdinә – 728, Bәs rә) – ilk müsәlman ilahiyyatçılarından biri, mütәkәllim, müfәssir, mühәddis, fәqih. Valideynlәri fәthlәr zamanı İrandan Mәdinәyә әsir aparılmış vә sonradan azad edilmişlәr. H.әl-B. uşaqlıq illәrini Mәhәmmәd peyğәmbәrin arvadı Ümmü Sәlәmәnin (anası onun mәvalisi – azad xidmәtçisi idi) evindә keçirmişdir. 656 ildә ailәsi ilә Bәsrәyә köçmüşdür. Quran mәtninin hәrәkәlәnmәsindә iştirak etmişdir. II Ömәrin dövründә [717–720] Bәsrәnin qazısı olmuşdur. Bәsrә mәscidindә yaratdığı, sonralar islam dünyasının böyük şәxsiyyәtlәri kimi formalaşmış Malik ibn Dinar, Hәbib Əcәmi, Vasil ibn Əta (mötәzilә mәktәbinin banisi) vә b.-nın iştirak etdiyi dәrnәk Əmәvilәr xilafәtinin intellektual mәrkәzlәrindәn biri idi. H.әl-B. fәsahәtli vәzlәri ilә mәşhur olmuşdur. Hәm әnәnәçilәr, hәm dә rasionalistlәr arasında nüfuz qazanmışdı. Daha çox zahidliyi ilә tanınmış, tәsәvvüf tarixindә mühüm yer tutmuşdur. F.Əttar onun Əli ibn Əbu Talibdәn bәhrәlәndiyini vә ondan xirqә aldığını göstәrir. Bir sıra sufi tәriqәtlәrinin (sührәvәrdiyyә, teyfuriyyә, mövlәviyyә, çiştiyyә vә s.) vә sufi mütәfәkkirlәrin (Əhmәd Qәzzali, Əbu Bәkr Nәssac Tusi, Əbun-Nәcib Sührәvәrdi, Mәcdәddin Bağdadi vә Nәcmәddin Kübra) silsilәsi H.әl-B.-yә bağlanır. Onun vәzlәrindәn sitatlar, nәql etdiyi hәdis vә rәvayәtlәr ayrı-ayrı hәdis toplularında, Tәbәri, İbn Kәsir vә b.-nın tәfsirlәrindә, hәmçinin M.Qәzzali, Quşeyri, Əttar vә b.-nın әsәrlәrindә toplanmışdır.










