HƏSƏN SƏBBAH (
), H ә s ә n i b n Ə l i i b n M ә h ә m m ә d ә s - S ә b b a h (1053, İran, Qum – 23.5. 1124, Əlәmut qalası) – İsmaililәr dövlәtinin banisi [1090–1124]. Mәnbәlәrdә atasının әslәn Yәmәn himyәrilәrindәn olduğu, Qum ş.-nә köçdüyü göstәrilir. H.S. Reydә tәhsil almış, orada ismaili әqidәsini qәbul etmişdir. 1072 ildә İraq bölgәsi üzrә ismaili baş daisi (mübәlliği) İbn Əttaşla tanış olmuş, onun mәslәhәti ilә 1078 ildә Fatimilәr dövlәtinin paytaxtı Qahirәyә gedәrәk ismaililiyi dәrindәn öyrәnmişdir. 1081 ildә İsfahana gәlәn H.S. 9 il әrzindә İran әrazisind ismaili tәlimini yaymış, öz dövlәtçilik proqramını hazırlamış, eyni zamanda Sәlcuqilәrin müxtәlif mәntәqәlәrdәki hәrbi qәrargahlarında kәşfiyyat aparmışdır. 1087 ildәn diqqәtini Xәzәr dәnizinin cәnub sahillәrinә, xüsusilә mәrkәz kimi seçdiyi Deylәm bölgәsinә yönәltmişdi. Deylәm daisi olduqdan sonra İranda müstәqil tәbliğat fәaliyyәtinә başlayan H.S. qәrargah kimi seçdiyi Əlәmut qalasına dailәr vasitәsilә nüfuz etmәyә başlamış, nәhayәt 1090 ildә özü dә gizlicә qalaya daxil olmuşdur. Qalanın içindә vә әtraf bölgәdә kifayәt qәdәr tәrәfdar topladıqdan sonra hәmin il sentyabrın 4-dә Əlәmutu döyüşsüz әlә keçirmiş vә İsmaililәr dövlәtinin әsasını qoymuşdur. Əlәmutu ismaililәrin siyasi vә elmi-mәdәni mәrkәzinә çevirәn H.S. orada zәngin kitabxana yaratmış, batini elmlәrin inkişafına tәkan vermişdir. Əlәmutun alınmasından dәrhal sonra әtraf әrazilәrin iqtadarı әmir Yoruntaşın qalaya uğursuz yürüşü sәlcuqilәrlә ismaililәr arasında uzunmüddәtli toqquşmaların başlanğıcını qoydu. 1091 ildә H.S. Sәlcuqilәrә qarşı olan yerli әhalinin dәstәyilә Qohestanın (K u h i s t a n ) mühüm şәhәrlәrini nәzarәti altına aldı vә oranı ismaililәrin ikinci mәrkәzinә çevirdi. 1092 ildә Mәlikşah [1072–92] vәzir Nizamülmülkün mәslәhәti ilә Əlәmuta vә Qohestana böyük ordu göndәrsә dә, 4 ay sonra Nizamülmülkün qәtli, bir qәdәr sonra isә Mәlikşahın ölümü ilә hücum yarımçıq qaldı. Sәlcuqilәr dövlәtindә başlanan daxili çәkişmәlәrdәn istifadә edәn H.S. mövqelәrini daha da möhkәmlәndirdi, Damğan vә әtraf әrazilәrdә yerlәşәn bir çox qalanı [Girdkuh qalası, Lәmәsәr qalası (1096 vә ya 1102 ildә), İsfahan yaxınlığındakı Şahdiz qalası (1101 ildә) vә s.] әlә keçirdi. 1094 ildә Fatimi xәlifәsi vә ismaili imamı Müstәnsirin vәfatından sonra onun oğlu Müstәli hakimiyyәtә yiyәlәndi, böyük qardaşı vәliәhd Nizar isә qәtlә yetirildi. Nizarı qanuni imam kimi tanıyan H.S. Fatimilәr xilafәti ilә әlaqәlәrini kәsdi vә nizariyyә tәlimini formullaşdırdı. Bundan sonra nizarilәr kimi tanınan İran ismaililәri imamın yoxluğu şәraitindә H.S.-ı onun canişini kimi qәbul etdilәr. H.S.-ın müfәssәl işlәnmiş doktrinasının geniş areala yayılması hakim dairәlәrdә ciddi narahatlıq doğurdu. Buna cavab olaraq, Abbasi xәlifәsi Müstәzhirin sifarişi ilә M.Qәzzali 1095 ildә xürrәmilik, babәkilik, qәrmәtilik vә s. cәrәyanlar da daxil olmaqla ümumilikdә batinilik әleyhinә yönәlmiş “Əl-Müstәzhiri” adı ilә tanınan “Fәzaihül-batiniyyә” (“Batiniliyin çirkinliklәri”) rәddiyyәsini yazdı. Börküyarığın [1093–1104] dövründә dә davam edәn daxili çәkişmәlәr H.S.-a öz mövqelәrini möhkәmlәtmәyә imkan verdi. 1106 ildә Mәhәmmәd Tәpәr [1105–18] Şahdiz qalasını tutaraq qala hakimi Əhmәd ibn Əbdülmәlik ibn Əttaşı edam etdirdi. Əlәmutun 1117 ilin iyulundan 1118 ilin aprelinәdәk davam edәn mühasirәsi Mәhәmmәdin ölümü ilә yarımçıq qaldı. Sәlcuqilәr dövlәtindә yenidәn hәrc-mәrclik başladı. H.S. hakimiyyәtә keçәn Sәncәri [1118–57] ölümlә hәdәlәyәrәk onu ismaililәrә qarşı heç bir addım atmamağa mәcbur etdi. H.S. mәnbәlәr-dә yüksәk tәşkilat-çılıq vә idarәçilik qabiliyyәtinә malik, hәmçinin dini, ezoterik vә dünyәvi elmlәrә (әsasәn, cәbr, hәndәsә, astronomiya) dәrindәn bәlәd olan insan kimi sәciyyәlәndirilir. Əlәmutun fәthindәn sonra ömrünün sonunadәk qaladan kәnara çıxmayan H.S. orada asketik hәyat sürmüş, dövlәt işlәri ilә yanaşı, ismaililiyin yayılıb genişlәnmәsi istiqamәtindә dә fәaliyyәt göstәrmişdir. H.S.-a görә, hakimiyyәtin mәnbәyi ilahi әmr, onun daşıyıcısı isә nöqsansız ilahi rәhbәrdir (“mәsum imam”); ilahi hәqiqәtlәr yalnız imamın mürşidliyi sayәsindә әldә edilә bilәr. İsmaili ideologiyasının müfәssәl formullaşdırılan vә bir çoxu H.S.-ın öz qәlәmindәn çıxan xeyli sayda әsәr Əlәmut kitabxanası Hülaku xan tәrәfindәn yandırılarkәn mәhv olmuşdur. H.S.-ın mәn bәlәrdә adı çәkilәn әn mәşhur әsәrlәri “Sәrgüzәşti-Seyyidina” vә “Füsusul-әrbәә”dir.










