HƏSƏNABAD (1993 ilәdәk Sovetabad) – Azәrb. Resp. Neftçala r-nunda qәsәbә. Hәsәnabad ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 6,5 km c.-q.-dә, Salyan düzündәdir. Əh. 4710 (2019). “Azәr Yod”, Neftchala Operating Company LTD” şirkәtlәri; tam orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, kitabxana, poçt, tibb mәntәqәsi, ATS var.










