HƏSƏNBƏYOV Balabәy Cabbarbәy oğlu (1899, Gәncә – 1937, Bakı) – Azәrb. iqtisadçısı, iqtisadiyyat üzrә ilk azәrb. prof. Moskvada Qırmızı Professorlar İn-tunu bitirmişdir. 1920-ci illәrdә partiya vә dövlәt orqanlarında çalışmış, Azәrb. Şura Ensiklopediyasının iqtisadiyat vә k.t. şöbәsinin redaktoru (1936), Azәrb. Dövlәt Un-tinin rektoru (1937) olmuşdur. Bir çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Əsәrlәrindә әmәyin sosialistcәsinә tәşkili vә işçi qüvvәsinin düzgün paylaşdırılması mәsәlәlәrinә geniş yer vermişdir.










