HƏSƏNKƏND – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Keşişkәnd, 3.1.1935 ildәn Mikoyan, 6.12. 1957 ildәn Yeğeqnadzor r-nu), Alagöz çayının (Şәrqi Arpaçayın sağ qolu) sahilindә azәrb.-ların yaşadığı kәnd. 1828 ilә qәdәr kәnddә ancaq azәrb.-lar yaşamışdır. Türkmәnçay müqavilәsindәn sonra kәndin azәrb. әhalisi qovulub çıxarılmış vә burada İrandan köçürülmüş ermәnilәr yerlәşdirilmişdir. 3.1.1935 ildә kәndin adı dәyişdirilәrәk Şatin qoyulmuşdur.










