HƏSƏNLƏR – Azәrb. Resp. Kәlbәcәr r-nunun Yellicә ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 8 km c.-q.-dә, Şәrqi Göyçә silsilәsinin әtәyindәdir. Əh. 507 (2020); işğaldan (1993, aprel) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olmuşdur. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 25 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










