HƏSƏNLİ Cәmil Poladxan oğlu (d.15.1.1952, Bilәsuvar r-nunun Ağalıkәnd k.) – Azәrb. tarixçisi, tarix e.d. (1992), prof. (1993). Azәrb. Resp. әmәkdar müәllimi (2009). Azәrb. Dövlәt Un-tinin (indiki BDU) tarix fakültәsini bitirmişdir (1975). BDU-da müәllim, baş müәllim, dosent (1980–92), Avropa vә Amerika ölkәlәrinin müasir tarixi kafedrasının müdiri (1992–94), prof. (1994–2011) vәzifәlәrindә çalışmışdır. 1993 ilin aprel–sentyabrında Azәrb. Resp. prezidentinin müşaviri idi. Azәrb. Resp. Milli Mәclisinin deputatı (2-ci vә 3-cü çağırış) olmuşdur. Tәdqiqatları beynәlxalq münasibәtlәr tarixinә aiddir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Ağ lәkәlәrin qara kölgәsi: 1920– 1930-cu illәrdә Azәrbaycanda sovet totalitarizmi. B.,1991; Azәrbaycan Respublikası beynәlxalq münasibәtlәr sistemindә, 1918–1920. B., 1993; At the Dawn of the Cold War: The Soviet-Amerikan Crisis over Iranian Azerbaijan, 1941–1946. N.Y.–Toronto–Oxford, 2006; Azәrbaycanda milli mәsәlә: siyasi rәhbәrlik vә ziyalılar. 1954–1959. B., 2008; Советская политика по расширению южных границ: Сталин и азербайджанская карта в борьбе за нефть (1939–1945). М., 2017.










