HƏSƏNLI, M i r z ә H ü s e y n – İrәvan xanlığının Zәngibasar mahalında (31.12.1937 ildәn Zәngibasar, 14.1.1969 ildәn Masis r-nu), Zәngi çayının (Arazın sol qolu) kәnarında azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni-daşnak hücumları nәticәsindә kәnd dağıdılmış, әhalisi Arazı keçib Türkiyә әrazisinә sığınmışdır. 1926 ildә kәndin qaçqın әhalisinin bir hissәsi geri qayıdaraq buranı yenidәn abadlaşdırmışdır. 1948–49 illәrdә kәndin әhalisi bütünlüklә Azәrb.-a deportasiya olunmuş vә kәnd lәğv edilmiş, әrazisi qonşu Rәncbәr k.-nә verilmişdir; sonralar geri qayıdan әhali 1988 ildә deportasiyaya mәruz qalaraq Azәrb.-a qovulmuşdur.










