HƏSƏNLİ Yadulla Hәmdulla oğlu (d.7.3.1959, Saatlı r-nu) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2008), prof. (2012). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1981). Ali Diplomatiya Kollecindә kafedra müdiri (1994–2005), Azәrb. Resp.-nın Mәrkәzi Bankında elmi mәslәhәtçi (2002–05), Azәrb. resp. Vergilәr Nazirliyindә şöbә müdiri (2005–09) işlәmiş, AMEA-nın İdarәetmә Sistemlәri İn-tunda (1981 ildәn) vә BDU-da (1996 ildәn) fәaliyyәt göstәrir. Azәrb.-ın sosial-iqtisadi inkişafının makroekonometrika modelini vә Azәrb. iqtisadiyyatının bazar münasibәtlәri şәraitindә “xәrclәr-istehsal” modelini işlәyib hazırlamışdır. 200-ә yaxın elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Qarşılıqlı borc probleminin iqtisadi-riyazi tәhlili vә hәlli yolları. B., 2000.










