HƏSƏNLİ – Azәrb. Resp.-nın Masallı r-nunda kәnd. Hәsәnli ә.d.-nin (Hәsәnli, Köcәkli, Mәmmәdxanlı, Tәkdam k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 12 km şm.-ş.-dә, Lәnkәran ovalığındadır. Əh. 3308 (2020); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, poçt, klub, kitabxana, tibb mәntәqәsi, ATS; memarlıq abidәlәrindәn orta әsrlәrә aid Hacatәpә qalası, 19 әsrә aid mәscid var.










