HƏSƏNLİ (1990 ilәdәk Hәsәnalı) – Azәrb. Resp. Sabirabad r-nunun Cavad ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 6 km şm.-da, Kür çayının sahilindә, Şirvan düzündәdir. Əh. 1902 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi var.










