HƏSƏNLİ – Azәrb. Resp. Salyan r-nunda kәnd. Hәsәnli ә.d.-nin (Hәsәnli, Qardili k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 19 km şm.-ş.-dә, Cәnub-Şәrqi Şirvan düzündәdir. Əh. 2328 (2019); әkinçilik (taxılçılıq, pambıqçılıq, üzümçülük) vә heyvandarlıqla mәşğuldur. Kitabxana, hәkim mәntәqәsi vә poçt filialı var.










