HƏSƏNOV Ağahüseyn Mәmmәdhüseyn oğlu (10.6.1942, Lәnkәran r-nunun Sağlәsәr k. – 19.2.2014, Bakı) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (2000), prof. (2006), Azәrb. Resp. әmәkdar müәllimi (2005). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1970). Bakı Pedaqoji Texnikumunda müәllim, şöbә müdiri (1970–90), Bakı Mәktәbәqәdәr Pedaqoji Texnikumunda direktor (1990–2007), ADPU-da müәllim (2007 ildәn) işlәmişdir. Tәdqiqatları mәktәbәqәdәr vә ibtidai tәhsil pedaqogikası mәsәlәlәrinә hәsr olunmuşdur. Bir çox dәrslik, dәrs vәsaiti vә kitabların müәllifi vә hәmmüәllifidir.










