HƏSƏNOV Allahverdi Gülmalı oğlu (1908, indiki Zәngilan r-nunun İkinci Alıbәyli k. – 25.8.1975, orada) – Sosialist Əmәyi Qәhrәmanı (1948). Böyük Vәtәn müharibәsi iştirakçısı. 1932–75 illәrdә Zәngilan r-nunun Çkalov ad. k-zunda baş mühasib, AKP Zәngilan RK-da, Zәngilan r-n XDS İcraiyyә Komitәsindә vә s. tәsәrrüfat idarәlәrindә müxtәlif vәzifәlәrdә işlәmişdir. 1947 ildә pambıqçılıq sahәsindә yüksәk әmәk göstәricilәrinә nail olmuşdur.











