HƏSƏNOV Atamoğlan Əli oğlu [d.5.3.1938, Dәvәçi (indiki Şabran) r-nu, Beynәlmilәl k.] – Azәrb. dilçisi, filologiya e.d. (1996), prof. (1999). Azәrb. Pedaqoji Rus dili vә Ədәbiyyatı İn-tunu (indiki BSU) bitirmişdir (1960). Hәmin in-tda baş laborant, müәllim, baş müәllim (1965–70), dosent (1970–71), kafedra müdiri (1971–81), dekan (1974–77; 1979–80), kafedra müdiri (1998–2006) olmuş, 2006–11 illәrdә müasir rus dili kafedrasının prof.-u vәzifәsindә işlәmişdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 3 dәrslik vә dәrs vәsaitinin müәllifidir. Tәdqiqatları, әsasәn, rus-Azәrb. dillәrinin müqayisәli fonetikasına, mürәkkәb cümlә problemlәrinә hәsr olunmuşdur.
Ə s ә r l ә r i: Русский слог. Б., 1998; Избранные работы по синтаксису, фонетике и фонологии современного русского языка. Б., 2011.










