HƏSƏNOV Bәybala Ruşan oğlu (17.6.1943, İmişli − 2003, Türkiyә, Van) − Azәrb. kimyaçısı, kimya e.d. (1992). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1968). AMEA-nın Aşqarlar Kim yası İn-tunda mühәndis, baş elmi işçi (1968 −79), laboratoriya müdiri (1979−99) işlәmişdir. 1999 ildәn ömrünün sonunadәk Türkiyәnin Van şәhәrindә Yüzüncü Yıl Un-tindә dәrs demişdir. Tәdqiqatlarının әsas istiqamәti fiziki-kimyәvi üsullardan istifadә etmәklә üzvü birlәşmәlәrin quruluşu vә xassәlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 115 elmi әsәrin müәllifidir.










