HƏSƏNOV Ceyhun Əkbәr oğlu (d.5.12.1962, Salyan r-nu) – әdliyyә gen.-l. (2018).Azәrb. Resp. Daxili İşlәr Nazirliyinin Polis Akademiyasını bitirmişdir (1994). Daxili işlәr orqanlarında müxtәlif vәzifәlәrdә, o cümlәdәn DİN-in Nәqliyyatda Baş Polis İdarәsinin rәisi (2004–16) işlәmişdir. 2016 ildәn Azәrb. Resp. әdliyyә nazirinin müavini – Penitensiar Xidmәtin rәisidir.











