HƏSƏNOV Eldar İsfәndiyar oğlu (26.12.1965, Cәlilabad r-nunun Lallar k. – 12.5. 1994, Füzuli r-nunun Horadiz qәs.) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 15.1.1995), polis star şinası. 1990 ildә xüsusi tәyinatlı polis dәstәsinә üzv yazılmış, ermәni işğalçılarına qarşı Laçın r-nun da gedәn döyüşlәr dә iştirak etmiş, öz dәstәsini mühasirәdәn itkisiz çıxarmışdı. 1991 ildә Polis Akademiyasına daxil olmuşdur. 1994 ilin yanvarında yenidәn cәbhәyә qayıtmış, Füzuli bölgәsindә gedәn döyüşlәrdә iştirak etmiş, düşmәnin xeyli canlı qüvvәsini vә zirehli texnikasını mәhv etmişdir. Mayın 12-dә Horadiz qәs. uğrunda gedәn döyüşlәrdә hәlak olmuşdur. Doğulduğu kәnddә dәfn edilmişdir. Lallar k. polis şöbәsinin hәyәtindә büstü qoyulmuşdur.











