HƏSƏNÓV Əbdülәhәd Sәftәr oğlu (28.10.1900, Şamaxı – 22.7.1972, Bakı) – Azәrb. biokimyaçısı. Tibb e.d. (1937), prof. (1937), Azәrb. SSR EA m.üzvü (1962), Azәrb. SSR Əmәkdar hәkimi (1942) vә Əmәkdar elm xadimi (1942). Azәrb. Dövlәt Un-tinin tibb fakültәsini bitirmişdir (1927). Hәmin ildәn orada xüsusi patologiya vә terapiya kafedrasında, qısa müddәt isә SSRİ EA A.N. Bax ad. Bioloji Kimya İn-tunda işlәmiş, 1937–72 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunda bioloji kimya kafedrasının müdiri, eyni zamanda 1938–41 illәrdә Azәrb. Əczaçılıq İn-tunun elmi işlәr üzrә direktor müavini olmuşdur. Əsas tәdqiqatları zülallarla vitaminlәr arasında qarşılıqlı әlaqә, biokimyәvi proseslәrlәdә karotinin rolu, Azәrb. SSR-dә kurort amillәrinin biokimyәvi tәsiri problemlәrinә hәsr olunmuşdur. 160-dan artıq elmi әsәrin müәllifidir. Ümumittifaq Biokimyaçılar Cәmiyyәtinin Azәrb. bölmәsinin sәdri (1958–72), biokimyaçıların 5-ci Beynәlxalq konqresinin nümayәndәsi olmuşdur. Kadrlar hazırlanmasında xidmәti var. Lenin ordeni, “Şәrәf nişanı” ordeni ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: Bioloji kimya. B., 1974 (başqaları ilә birgә); Karotonaftalan, B., 1948; Витамины и здоровье. М., 1961; Основы рационального питания для здоровых и больных людей B., 1967.










