HƏSƏNOV Ədalәt Bәybala oğlu (d.11.12.1962, İmişli ş.) – Azәrb. tibb alimi, patoloqanatom, mәhkәmә-tibb eksperti. Tibb e.d. (2011), prof. (2016). N. Nәrimanov ad. Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-tini) bitirmişdir (1985). Hәmin vaxtdan un.-tin patoloji anatomiya kafedrasında (2012-ci ildәn kafedra müdiri), eyni zamanda 1991 ildәn Sәhiyyә Nazirliyinin “Mәhkәmә-tibbi ekspertiza vә Patoloji anatomiya” Elmi-Tәcrübi vә Tәdris Birliyindә (2016 ildәn Birliyin baş direktoru) işlәyir. Tәdqiqatları, әsasәn, narkomaniya, elәcә dә geniş yayılmış bәzi patologiyalar zamanı immun sistemi orqanlarının patomorfoloji xüsusiyyәtlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 250-dәn artıq elmi әsәrin müәllifidir.










