HƏSƏNOV Əflatun Mürsәl oğlu (d. 20.11. 1959, Gürc. Resp. Bolnisi r-nu, Faxralı k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e. d. (2000), prof. (2005). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1980). 1981–2003 illәrdә AMEA-nın Radiasiya tәdqiqatları sektorunda baş laborant, mühәndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vәzifәlәrindә çalışmışdır. 2003–07 illәrdә Azәb. Milli Aerokosmik Agentliyinin baş direktoru olmuş, 2008 ildәn SOCAR-ın Ekologiya idarәsindә rәis müavini vәzifәsindә çalışır. Elmi işlәri mәsafәdәn aerokosmik tәdqiqatlar sahәsinә aiddir, 150-dәn artıq elmi әsәrin müәllifidir.










