HƏSƏNOV Əlәmdar İbrahim oğlu (d.1.10.1954, Ağstafa ş.) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1988), prof. (1989). ADU-nu (indiki BDU) bitirmişdir (1976). 1977–1979 illәrdә REA-nın Tәtbiqi Riyaziyyat İn-tunda, 1979–89 illәrdә ADU-nun Hesablama riyaziyyatı kafedrasında çalışmışdır. 1989–91 illәrdә Bakı vә Moskva Dövlәt Un-tlәrindә, 1992 ildә Türkiyәdә TÜBİTAK Mәrmәrә Araşdırma Mәrkәzinin riyaziyyat bölmәsindә işlәmiş, 1993 ildәn Kocaeli Un-tinin Riyaziyyat bölmәsindә Tәtbiqi Riyaziyyat Elmlәri Araşdırma Mәrkәzindә çalışır. Elmi işlәri hesablama üsulları, riyazi modellәşdirmәyә aiddir. 100-dәn çox elmi әsәrin müәllifidir.










