HƏSƏNOV Fuad Fazil oğlu (d. 27.6.1974, Bakı) – nәqliyyat sahәsindә Azәrb. alimi, texnika e. d. (2018). Azәrb. Texniki Un-tini (AzTU) bitirmişdir (1996). Un-ti bitirdikdәn sonra orada pedaqoji fәaliyyәtә başlamışdır. 2018 ildәn kafedrada prof.-dur. Elmi әsәrlәri deformasiya olunan bәrk cisim mexanikası sahәsindәdir. 40-dan çox elmi әsәrin müәllifidir.










